1830-cu il inqilabı və iyun monarxiyası. 1830-cu ilin iyun-iyul aylarında keçirilmiş seçkilərdə parlamentə seçiləcək 407 deputat yerindən 245-nə sahib olmaqla liberallar qələbə çaldılar. Bu isə elitanın konsoldasiyası(birləşməsi) və zadəgan irticasının zərərsizləşdirilməsi idi. Sənaye böhranı özünün ən yüksək nöqtəsinə çatmışdır. Kral(X Karl) 1879-cu ilin avqustunda yeni hökumət təyin etdi və mütləqiyyətin bərpasını bir vəzifə kimi onun qarşısına qoydu. Onun idarəsini həyata keçirmək üçün mətbuatın azadlığını ləğv etmək , deputatlar palatasını buraxmaq , seçki senzini qaytarmaq və yeni seçkilər keçirmək lazım idi. X Karl isə nəzərdə tutulmuş həmin dəyişiklikləri həyata keçirmək üçün sənədləri imzalayaraq öz işləri ilə məşğul oldu. Bu sənədlər ucbatından işlərini itirmiş jurnalist və nəşriyyat işçilərinin etirazları kütlə tərfindən müdafiə olundu. Küçələr xalq kütləsi ilə dolmağa başladı. 27 iyulda şəhərin küçələrindəki xalq kütləsi silahlanmağa və müdafiə olunmaq üçün səngərlər qurmağa başladılar. İki gündən sonra isə Paris şəhəri tamamilə üsyançıların əlində idi. Beləliklə, X Karl iyulun 29-dan 30-na keçən gecə həmin sənədləri məhv etməyə məcbur oldu. Lakin Parisdə hakimiyyəti ələ keçirmiş liberallar kralın bu hərəkətini nəzərə almadılar. 2 avqust 1830-cu il tarixində X Karl kiçik yaşlı nəvəsinin (qraf Şamboranın)xeyrinə taxt-tacdan əl çəkdi. Lakin deputatlar palatası 7 avqust tarixində taxt-tacı boş elan etdilər və onu taxtdan salınan sülalənin kiçik qolunun başçısı hersoq Lui-Flipp Orleanskiyə təklif etdilər. 1830-cu il 9 avqust tarixində Orleanski konstitusiyaya əməl etməyə and içdi və Lui Flipp titulunu götürərək Fransanın kralı oldu.
Öz qurluşuna görə İyul monarxiyasının bərpa rejimi ilə (1814-1830- cu illərdə mövcud olmuş monarxiya) bir sıra oxşar cəhətləri də var idi. . 1814-cü il Xartiyası əsasında verilmiş Konstitusiyada da eyni prinsiplər mövcud idi. Lakin ona rejimi liberallaşdırmaq məqsədi ilə bəzi əlavələr edilmişdir. Həmin əlavələr qanunverici hakimiyyətin hüquqlarını balanslaşdırır, vətəndaşların isə siyasi hüquq və azadlıqlarını genişləndirirdi. Həmin konstitusiyaya əsasən kral qanunlarla istədiyi kimi davrana bilməzdi. Qanunverici palata” qanunvericilik təşəbüssü ilə çıxış etmək hüququ aldı, Perlərin irsi xarakteri ləğv edildi, çap üzərində bütün senzuralar götürüldü. Xartiyanın özü isə xalq ilə kral arasında müqavilə xarakteri aldı”.
Lui Flippin hakimiyyətininin ilk illərində Nazirlər kabineti, başda bərpa dövrünün taninmış liberallarından biri Lafit olmaqla, vacib siyasi islahatlar keçirdi. 1831-ci ildə bələdiyyə haqqında qanun qəbul edildi. Napoleon vaxtında təyin olunan bələdiyələr indi seçki vasitəsilə gəlirdilər. Kral qvardiyası buraxıldı, onun əvəzində Milli qvardiya yaradıldı ki, buna da vergi verən bütün vətəndaşlar qəbul olunurdu.
Lakin 1831-ci ildə Laffit kabinetinin istilasından sonra islahatlar aparılması işi zəiflədi. 1831-ci ildə baş şura və dairə şurası üzvlərinin seçkisi haqqında qanun qəbul edildi. Bunun nəticəsində isə bələdiyyə seçicilərinin sayı 2, 9 million nəfərə çatmışdı.
İslahatların zəifləməsi müxtəlif cəmiyyətlərin yaranmasına səbəb oldu. Onlar monarxiyanı devirməyə çalışırdılar. 1833-1834-cü illərdə Parisdə islahatlar təklif olunsa da hakimiyyət qüvvələri tərəfindən dayandırıldı.
İyun monarxiyası zamanı təkcə müxalifətlə deyil, eyni zamanda legitimçilərlə (devrilmiş sülalənin nümayəndələri) və bonopartçılarla da mübarizə aparmalı olurdular.
Bankir Laffit, tarixçi və siyasətçi Tye və Kinzonun başçılığı ilə müxalifət İyulpartiyasının rəhbər partiyasına çevrildi. Bu partiya isə heç bir islahat istəmirdi.
İri fabrik sahibləri və tacirlər İyul monarxiyasını müdafiə etməklə, onun siyasətini tənqid edib islahatlara nail olmuşdular. Palatada azlıqda qalmalarına baxmayaraq deputatların və nazırlərin satqınçılığına, eləcə də müstəmləkələr tutması və Avropada eksponsionist siyasətinə qarşı mübarizəni, vergilərin və dövlət borclarının azadılmasını tələb edirdilər. Liberal müxalifətə siyasi xadim, vəkil O. Barro başçılıq edirdi. Legitimçilər Burbonlar taxtının varisinin anası hersoginya Berriyiskanın rəhbərliyi altında 1832-ci ildə Vandetdə qiyam qaldırdılar. Hətta bir neçə dəfə bonopartçılarda İyul monarxiyasını yıxmağa cəhd etmişdilər. 1832-ci ildə Napoleonun oğlu hersoq Peyxştadski oldükdən sonra Napoleon Bonopartın qardaşı Luisin (Niderlana)) hakimi idi) və qızlığı Kortenziya Boqarnenin oğlu Lui Napoleonun rəhbərliyi ilə Bonopartisitlər ölkədə elə də ciddi müqavimətə malik deyildilər. Buna baxmayaraq onlar iki dəfə hərbi qiyam vasitəsilə İyul monarxiyasını devirməyə çalışmışdılar. 30 sentyabr 1836-cı il tarixində Lui Napoleon bir neçə zabitin köməyi ilə Strasburq qarnizonunun iki artileriya polkunu qiyama qaldıra bilmişdir. Lakin bir neçə saatdan sonra qiyamçılar zərərsizləşdirilmişdir. Lui Napoleon isə həbs edilərək Fransadan sürgün edilmişdir. Lakin Fransada Bonopartist əhval-ruhiyyənin gücləndiyini görən Lui 1840-cı il 6 avqust tarixndə bir neçə qiyamçı ilə gələrək yerli hərbi qarnizonda qiyam qaldırmağa çalışdı. Onun bu cəhdi də müvəffəqiyyətsiz oldu. Lui ömürlük olaraq həbs cəzasına məhkum edildi. Lakin 1846-cı ildə o, həbsxanadan qaçıb İngiltərəyə getdi.
Respublika əhval-ruhiyəli burjuaziya “Millətçi” qəzetinin ətrafında toplanmışdı. Onlar burjuaziya, vəkillər, yazıçılar və respublikaçı zabitlər idilər. Onlar XVIII əsr inqilabının davamı kimi Uyul monarxiyasına qarşı mübarizə aparırdılar. Burjua- respublikaçılar respublikanı bərpa etməyə çalışaraq seçki islahatının keçirilməsini tələb edirdilər. Onların ən görkəmli nümayəndələri Qotfrua Kabenyak, Arman Mappact, İyul Batid, Lui Harne –Pajes və b. idi.
1832-ci il 5-6 iyun tarixində Parisdə nümayişlər başladı. Bu nümayişləri “Xalqın dostları cəmiyyəti” və respublikaçıların sol qanadı hazırlamışdır. İştirakçılar bankirlərin monarxiyasını çevirib respublika qurmaq arzusunda idilər.
Fransa fəhlələrinin ilk müstəqil çıxışı 1831-ci ilin noyabrında baş vermiş Lion toxucularının üsyanı oldu. Bu çıxış zamanı fəhlələr sahibkarlar və toxucuların qarışıq komissiyasının yaradılmasına nail oldular. Həmin komissiya əməyin qiymətinin qaldırılmasını mütləq hesab etdi. Lakin Lion fabrikçiləri buna razı olmayıb lokaut elan etdilər. Buna isə toxucular 21 noyabrda nümayişlə cavab verdilər. Şəhərin prefekti fəhlələri öz çıxışı ilə aldadaraq şəhərə ordu çağırdı . Dekabrın 3-də hərbi hissələr şəhərə girib üsyançılara qəddarcasına divan tutdular.
1834-cü ilin aprelində Lion toxucularının ikinci nümayişi baş verdi. Bu nümayişlər elə başlağıcından siyasi xarakter aldı. Hərəkat fevral ayında əmək haqqının yenidən aşağı düşməsi səbəbindən baş vermişdir. 9 aprel 1834-cü ildə nümayişçilər milli qvardiyanın hücumlarına məruz qalmışdılar. Müqavimətlə rastlaşan fəhlələr, sənətkarlar, xırda tacirlər, qulluqçular və b. səngərlər qurmağa başladılar. Qiyam 9 apreldən 15 aprelədək davam etdi.
Respublika uğrunda hərəkat yeni mərhələyə qədəm qoydu. Bir sıra gizli inqilabi fəhlə təşkilatları yarandı. Bu təşkilatlar monarxiyası devirməyə hazırlaşırdılar. 1837-ci ildə “İlin vaxtı cəmiyyəti ” yarandı. Onun başında Blanki və Barbes dururdu. Beş yüz min üzvü olan bu təşkilat 12 may 1839-cu ildə Parisdə qiyam qadıraraq bir sıra hökumət binalarını tutdular.
Dostları ilə paylaş: |