Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Burbonların ikinci bərpası



Yüklə 0,52 Mb.
səhifə26/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   138
Yeni tarix müh

Burbonların ikinci bərpası. Burbonların bərpası irticaçı Avropa monarxlarının hərbi müdaxiləsi nəticəsində mümkün olmuşdur. Onlar onu da başa düşürdülər ki, ölkədə feodal-mütləqiyyət qaydalarına qayıtmaq mümkün deyildir. Burbonların bərpası kapitalist münasibətlərinin qələbə çaldığı bir şəraitdə baş vermişdir. Burbonların siyasətinin əsaını zadəgan aristokratiyası ilə burjuaziyanın ittifaqını möhkəmləndirmək təşkil edirdi. Burjuaziya ilə zadəganların bu kompromisinin əsasını XVIII Lüdovikin verdiyi konstitusiya xartiyası təşkil edirdi. Bu xartiya 1814-cü il iyunun 4-də Fransada konstitusiyalı monarxiya üsuli-idarəsini bərqərar etmişdir. Ölkədə zadəgan iştirakı ictimai normaya çevrilmiş, inqilabi irsə qarşı mübarizə gücləndirilmişdir. Hakimiyyətdə zadəgan irticasının gücləndirilməsi hökumətdə parçalanmaya gətirib çıxartdı. Siyasi həyatda iki əsas cərəyan: ultra royalistlər (kral tərəfdarları) və liberallar(burjuaziya tərəfdarları) yarandı. Bu iki cərəyanın mərkəzində yaranan royalist- konstitusialist qruplaşması isə bu iki əks cəbhədə dayanan qüvvələri barışdırmaq istəyirdi. Bu qrup siyasətçilər qanunlara arxalanmaq istiqaməti tutmuşdular. 1817-ci ildə qəbul edilmiş seçki qanununa əsasən seçicilərin sayı da imperiya dövrü ilə müqayisədə təxminən 70 mindən 100 minə qədər artırılmışdı. Lakin seçki korpusunun səlahiyyəti hamı üçün eyni normada olması ilə gücləndirilmişdir . Bu qanundan əlavə, 1818-ci ildə deputatlar palatasının dövlət büdcəsinə nəzarət haqqında və 1819-cu ildə isə çap barədə qanunlar qəbul edilmişdi. Bütün bu tədbirlər hakim rejimin nöhkəmləndirilməsi üçün hesablanmışdır. 1823-cü ildə hersoq Anqulemskinin komandanlığı ilə 100 minlik ordu hissəsinin İspaniyaya girməsi döyüşşüz Madridi tutması və taxtdan salınmış İspaniya kralı VII Ferdinandın hakimiyyətə qaytarılması Fransanın nüfuzunu daha da gücləndirmişdir.

XVIII Lüdovikin idarəçilik sisteminin əsas nailiyyətlərindən biri uğurlu nazir seçimi idi ki, onların da içərisində hersoq Rişelye xüsusilə fərqlənirdi.

Onun uzaqgörənliyi, güclü inzibatçılıq qabiliyyəti və mühacirətdə olduğu zaman qazanmış olduğu idarəçilik təcrübəsi var idi. Bərpa dövrünün ilk illərində həyata keçirilən bütün liberal islahatlar onun adı ilə bağlı olmuşdur. O, eyni zamanda kral sarayında yenidənqurmanın aparılmasının təşəbbüskarı və layihə müəllifi idi. Orada imperiyanın zadəganları və burjuaziya geniş təmsil olunmuşdu. Həm bərpa hökumətinin qəbul etdiyi konstutisiya, həm də məmurlar iri torpaq sahibkarları olan burjuaziyanın və işgüzar burjuaziyanın bir- biri ilə yaxınlaşmasına şərait yaratmışdı.

1824-cü ildə XVIII Lüdovik öldükdən sonra onun qardaşı 67 yaşlı qraf Artur X Karl adı ilə hakimiyyətə gəldi. Yeni kral bir sıra sahələrdə öz sələfinin tam əksinə idi. Onun hakimiyyətə gəlməsi ilə irtica daha da gücləndi. X Karl XVIII Lüdovikin taxt-taca qaytarılması üçün həddən çox siyasi güzəştə gedilməsini səhv hesab edirdi. O, idarəçiliyinin ilk illərində geniş kütlənin və elitanın xeyli hissəsinin mənafeyinə toxunan tədbirlər görürdü. 250 Napoleon generalı ordudan uzaqlaşdırılmışdı. Qanunu küfr etmə və müqəddəs hesab olunan məkanları təhqir etmə və ələ salmağa görə edama məhkum etmə cəzası tətbiq olunmağa başlandı. 1825-ci ildə aristokratlara mühacirlərin əlindən alınmış torpaqların əvəzinə mükafat olaraq pul hədiyyələrinin verilməsi haqqında qanunun qəbul edilməsi fransızlara təhqir kimi gəlirdi. Milli qvardiya da buraxıldı. Kralın bu kimi hərəkətləri rəhbərlik etdiyi hakimiyyətdə parçalanmaya səbəb oldu. Mühafizəkar partiyaların bir hissəsi müxalifətə keçdi. 1827-ci ildə keçirilmiş parlament seçkilərində liberalların çəkisi artdı. 1828-ci ildə ə röyalistlərin nümayəndəsi Martinyakın başçılığı ilə hökumət yaradıldı. Liberalların arasında”doktrinerlər” adlanan qrup daha çox təsirə malik idi. Bu qrupun üzvləri Fransua Gimzo, Pyer Kollar və b. Xartiya prinsipləri əsasında konstitusiyalı monarxiyanın gücləndirilməsinin tərəfdarları idilər. Bunun üçün onlar düşünürdülər ki, “bərpa olunmuş kral hakimiyyətinin taleyini köhnə qaydaların mahiyyətindən, siyasi azadlığı inqilabi nəzəriyyədən və hissələrdən”ayırmaq lazımdır . Onlar inqilabın prinsip və nəticələrini qəbul etsə də, onun həyata keçirilməsi üsullarını mühakimə edirdilər.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin