Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


-ci il inqilabı və müvəqqəti hökumət



Yüklə 0,52 Mb.
səhifə28/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   138
Yeni tarix müh

1848-ci il inqilabı və müvəqqəti hökumət. 1848-ci ildə Parisdə seçki islahatları uğrunda müxalifətin kompaniyası şöhrət yığıncağı ilə başa çatmalı idi. Lakin hökumət onu qadağan etdi. Buna baxmayaraq xalq həmin tədbirin təyin olunduğu Yenisey meydanına axışmağa başladı. Milli qvardiya hökumətin nümayişi dağıtmaq əmrini yerinə yetirmədi.

1848-ci il 23 fevralda Lui Flipp Fransua Kizo hökumətini istefaya göndərdi. Parislilər öz qələbələrini qeyd etmək üçün toplaşarkən hərbiçilər tərəfindən güllələndilər. Bu hadisə xalqın üsyana qalxması üçün səbəb oldu. 23 fevraldan 24-nə keçən gecə bütün şəhər boyu səngərlər quruldu. Səhərə yaxın isə hökumət qüvvələri ilə üsyançılar arasında toqquşma oldu. Günün yarısında üsyançılar Tyuliri sarayını mühasirəyə aldıqda Lyu Flip taxt-tacdan nəvəsinin xeyrinə əl çəkdi və ailə üzvləri ilə birlikdə ölkəni tərk etdi.

Müvəqqəti hökumət yaradıldı, onun tərkibinə burjua respublikaçılarının, xırda burjua demokratlarının nümayəndələri, eləcə də Lui Blan və Alber, fəhlələr və gizli respublikaçı cəmiyyətlərin aktiv iştirakçıları daxil olmuşdur. Müvəqqəti hökumətdə əsas rolu xarici işlər naziri olmuş şair Lamartin oynayırdı.

Qaçmış kralın gəlini, doqquz yaşlı oğlu –Paris qrafı ilə birlikdə regentlik yaradılması təklifi ilə deputatlar palatasına gəldilər. Lakin silahlanmış üsyançı qrup bu planı pozdu.

Fransada qələbə çalmış fevral inqilabı Alman dövlətlərində və Avstriya imperiyasında hazırlanmaqda olan inqilabları tezləşdirdi, İtaliyada milli azadlıq hərəkatını gücləndirdi, çartist hərəkatına yeni güc verdi.

İyul monarxiyasının tənəzzülə uğraması geniş xalq kütlələrinin siyasi aktivliyini qaldırdı. Bu özünü demokratik mətbuatda, fəhlələrin kütləvi çıxışlarında və çoxsaylı inqilabi fəhlə klublarının fəaliyyətində göstərirdi. Parisdə və əyalətlərdə 300-ə yaxınklublar meydana gəlmişdir. Onların isə əksəriyyəti xırda burjuaziyanın proqressiv təbəqəsini, radikal mütəfəkkirləri və fəhlə sinfinin qabaqcıl dəstələrini özündə birləşdirirdi. Bu klubların ən əhəmiyyətlisi “ Mərkəzi respublika cəmiyyəti” idi ki, onun da başında O. Blanki dururdu. Bundan əlavə tanınmış belə klublardan Barbesin rəhbərlik etdiyi “İnqilab klubu”nu, Raspaylın rəhbərlik etdiyi “Xalqın dostları klubu”nu və Kabe tərəfindən əsası qoyulmuş “Mərkəzi qardaşlıq cəmiyyəti”ni göstərmək olar.

Müvəqqəti hökumətin üzvlərinin əksəriyyəti liberal dəyərlər olan azadlığı , qanunçuluğu və demokratik prinsipləri müdafiə edirdilər. Onların hamısı düşünürdülər ki, Fransanın xarici siyasət fəaliyyəti abstraktlardan uzaq, milli maraqlara söykənməsi və ölkənin xeyrinə olmasıdır.

1848-ci il fevralın 24-də Paris ratuşası önünə toplaşan xalq Müvəqqəti hökumətdən Fransanı respublika elan edilməsini tələb etdi. 25 fevralda ölkə respublika elan edilən kimi qısa bir zamanda dövlətin idarə formasını vətəndaşların ümumi seçiminə verməyi qərara aldı.

Müvəqqəti hökumət müəssisələr məclisinə seçkiləri 1848-ci il 9 aprel tarixinə müəyyən etdi. Lakin demokratik klublar isə seçkilərin gec keçirilməsini tələb etdilər. Bunu əhalinin əksəriyyətinin belə tez düşünülmüş siyasi seçim etməyə hazır olmadıqları ilə əsaslandırırdılar. Seçkilər 23 aprel keçirildi.

Ümumiyyətlə, müvəqqəti hökumət ölkədə qayda-qanunların möhkəmləndirilməsi istiqamətində xeyli iş gördü. Milli qvardiyada islahat keçirildi. 25 fevral tarixində qəbul edilmiş dekretə əsasən isə Xüsusi Mobil Qvardiyanın yaradılmasına başlandı. Üsyançılar respublikanın mövcud olan üçrəngli bayrağını qırmızı bayraqla əvəz edilməsini və vətəndaşların əmək hüququnun qanunla tənzimlənməsini tələb etdilər. Bunlardan əlavə, hökumət xüsusi milli emalatxanaların yaradılmasını qərara aldı ki, bu emalatxanalarda da qeydiyyata alınmış işçilərin işlədiyi gündə 2 frank, işləmədiyi gün isə 1 frank əmək haqqı almaqla şəhərin təmizlik işləri ilə məşğul olurdular.

28 fevral tarixində nümayiş iştirakçıları məzlum təbəqə arasında istismarı ləğv etmək məqsədi ilə əmək nazirliyinin yaradılmasını tləb etdilər. Uzun mübarizədən sonra bu məqsədlə xüsusi komissiya yaradıldı. Lui Blan onun sədri, Alber sədr müavini təyin olundu və Lüksenburq sarayı da həmin komissiyanın istifadəsinə verildi. Buna görə, həmin komissiya Lüksenburq komissiyası adlanırdı. Komissiyanın təklifi ilə hökumət müəssisələrində iş vaxtı (əvvəllər iş vaxtı limitlə deyildi) Paris şəhərində 10, əyalətlərdə isə 11 saata kimi olmağı barəsində dekret verildi. Mövsümi işlər və işçilər “zəhmətkeşlərin istismar forması” hesab olunaraq qadağan edildi. 2 mart tarixində Fransanın xaricdə olan diplomatik nümayəndəliklərinə “Lamartin manifesti” adlanan sənəd göndərildi. Sənəddə deyilirdi ki, monarxiyanın saxlanılması və “Fransa respublikasının elan edilməsi başqa idarə üsullarına təcavüz kimi yozulmamalıdır”. Bununla belə 1815-ci il müqavilələri ərazi quruluşundan başqa “hüquqi cəhətdən də öz əhəmiyyətini itirmiş sayılırdı”. ”Lamartin manifesti”nə əsasən “Avropa və digər yerlərdə olan məzlum millətlərə” öz mənafeyini müəyyənləşdirmək və zülmə qarşı mübarizə aparmaq üçün hər cür köməklik, hətta hərbi yardım göstərilməsinə söz verilirdi.

Respublikanın maliyyə vəziyyəti haqqında narahat olan Müvəqqəti hökumət əyalət banklarını Fransanın mərkəzi bankına tabe etdi. Bu tədbir ilə milliyonlarla torpaq mülkiyyətçisinin mənafeyinə toxundu.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin