Proqressistlər. Parlamentdə çoxlsaylı sosialist deputatların peyda olması siyasi güclərin yerini dəyişməsinə səbəb oldu. Radikalların çoxu mötədil respublikaçılarla razılaşma axtarırdılar. Mötədil respublikaçılarla əməkdaşlığın alternativini bir çox monarxiya tərəfdarlarına məqbul görmürdülər.
Monarxiya tərəfdarlarının respublikaya “birləşdirilməsi” dalğası papa XIII Lev tərəfindən Fransaya qarşı münasibətdə Vatikan siyasətində dönüş yaratdı. 1890-cı ilin noyabrında kardinal Laviyeri fransız katoliklərini “mövcud idarəetmə formasını fikirsiz qəbul etməsinə” çağırırdı.
Liberal-mühafizəkarlar qrupların parlamentdə birləşməsi nəticəsində çoxsaylı hökumət çoxluğu yarandı. Və 90-cı illərin sonunadək mötədil respublikaçılara əllərində idarəetmə sükanın saxlamağa imkan verirdi. Bu vaxt onların şüarı idi: “Sakitləşmə, dözümlülük, təcrübəli islahatlar”. Onların katolik kilsə ilə münasibətləri normallaşdı və 80-ci illərin antiklerikal tədbirləri nəticəsində cəmiyyətdə itirdikləri mövqelərini qaytarmağa imkan yaratdılar. Yuxarıda xatırlanan sosial islahatlardan başqa, mötədil respublikaçılar sahibkar dairələrin marağına uyğun iqtisadi siyasətdə vacib dəyişiklikləri həyata keçirdilər. Ticarət müstəqilliyindən gömrük proteksionizminə keçid baş verdi. Rusiya ilə möhkəm münasbət yaradıb 1891-ci ildə iki tərəfli məsləhətlər haqqında razılaşmadan sonra isə 1892-ci ildə hərbi konvensiya bağlayaraq xarici siyasət dairəsində böyük irəliləyişə nail oldular.
Bütün bu tədbirlər mötədil respublikaçıları tədrici inkişafın tərəfdarları kimi tanıtdı. Buna görə də radikallar və mühafizəkarlar fərqli olaraq, onları proqressistlər adlandırırdılar. Proqressistlərin arasında nəzərə çarpacaq rolu mötədil respublikaçıların gənc nəslinin nümayəndələri olan – Raymon Puankare, Lui Bartu oynayırdılar.
90-cı illərin əvvəllərində proqressistlər siyasi terrorizmin görünməyən tüğyanı ilə üzləşdilər. Onu anarxistlər başlamışdı, dövləti laxladıb inqilabı tezləşdirmək üçün, fərdi terrora əl atmışdılar. Bu hərəkətlərə cavab olaraq deputatlar palatası 1893-1894-cü illərdə repressiv qanunlar qəbul etdi. Məhkəmələrin və polisin köməyi ilə terror dalğasını aşağı salmaq mümkün oldu.
Dostları ilə paylaş: |