Mühazirə № Kimyəvi və bioliji təhlükəsizlik haqqında ümumi məlumat. Mühazirənin planı Təhlükəsizlik mühiti



Yüklə 38,1 Kb.
səhifə11/13
tarix02.01.2022
ölçüsü38,1 Kb.
#45554
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Kimyəvi və bioloji təhlük

Kimyəvi silahların təsnifatı
1.Kimyəvi silahlar haqqında anlayış, növləri və zəhərləyici xüsusiyyətləri 
2. Güclü təsirli zəhərləyici maddələr və onların xassələri 
Kimyəvi silah – kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Zəhərləyici maddələr (ZM), əhalinin əmək və qoşunların döyüş qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə bütün canlıların məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən ibarətdir.

Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zəhərləyir. Kimyəvi silah təyyarə bombalarında, top mərmilərində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda, ərazini zəhərləmək üçün damcı-maye halında, insanları zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. ZM küləyin istiqamətində 10 kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır.

Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1kv.m səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir.

Kimyəvi silah tətbiq olunan rayonlarda kimyəvi zəhərlənmə ocağı yaranır. Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi silahın və ya güclü təsirli zəhərləyici maddələrin təsiri nəticəsində orada əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM ilə bilavasitə zəhərlənən əsas zonaya və ZM-n buxar aerozolları yayılan ikinci zonaya bölünür.

Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir kl , orada kimyəvi silahın(ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəticəsində buradaki ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ojağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya a) ZM-lə bilavasitə zəhərlənən əsas zonaya, b) ZM-in buxar və ya aerozolları yayılan zonaya aid edilir. GTZM-dən mühafizə olunmaq üçün sənaye əlehqazlarından və xüsusi respiratorlardan istifadə olunur. Əhalinin güclü təsirli zəhərləyici maddələrdən müdafiəsinin təşkili. Təbii fəlakətlər, istehsalat qəzaları baş verərkən GTZM ətrafa dağılaraq, obyektlərdə və yaşayış məntəqələrində zəhərlənmə zonaları yarada bilər. GTZM insana əsasən tənəffüs orqanları vasitəsilə keçərək tə’sir göstərir, burun, boğazın, selikli qişasını, gözləri, bədənin dərisini zədələyir. Əhalinin müdafiəsi hələ dinc dövrdə hazırlanmış plan əsasında həyata keçirilir. Planda aşağıdakı tədbirlər nəzərdə tutulur: - əhalinin müdafiə qurğularında gizlədilməsi və yaxud onların təhlükəli sahələrdən çıxarılması; - işçiləri sənaye əleyhqazları və tənəffüs üzvlərini müdafiə edən başqa müdafiə vasitələri ilə təmin edilməsi; - xilasetmə işlərinin təşkili və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi; - sanitariya təmizliyinin əhali arasında keçirilməsi. Respublikamızda ən çox aşağdakı GTZM-dən istifadə olunur: ammonyak, xlor, saf xlorpikrin, sianid turşusu və s. Ammonyakdan zəhərlənmənin ilk əlamətləri: ürəyin sürətlə döyünməsi, nəbzin pozulması, öskürək, gözlərdə sanjı, tənəffüsün çətinləşməsi. İlk tibbi yardım: təmiz havaya çıxarmalı, onun tam sakitliyini təmin etməli, gözlərini və dəri örtüyünün açıq yerlərini təmiz su ilə yumalı. Mühafizə vasitələri: sənaye əleyhqazları. Xlorla zəhərlənmənin əlamətləri: döş qəfəsində kəskin ağrı, quru öskürək, qusma, baş gijəllənməsi, təngnəfəslik, gözlərdən yaş axması, çoxlu bəlğəm ifrazı. ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə ZM torpaqdan, bitkilərdən və müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, yarğanlarda və dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi silahdan mühafizə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir.


Yüklə 38,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin