Kimyəvi silahların əsas xüsusiyyətləri aşağıdakılardır:
– maddi sərvətlərə zərər vurmadan canlı qüvvələri məhv etmək;
– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlama qabiliyyəti;
– zəhərlənmənin ani baş verməsi və nəticələrinin ağırlığı;
– istehsalının nisbətən ucuz başa gəlməsi və s.
Kimyəvi silahları toksikoloji təsnifata görə aşağıdakı qruplara ayırırlar:
– sinir iflicedici ZM (Zarin, Zoman, V-qazlar);
– ümumzəhərləyici maddələr (Sianid turşusu, Sianxlorid);
Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitələrindən fərqlənir. Onlar hava ilə müxtəlif tikililərə, zirehli texnikaya və digər döyüş texnikasına daxil olur və onlarda olan insanlara zədələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif obyektlərdə uzun müddətə öz zəhərləyici təsirini saxlaya bilir; böyük həcmli hava kütlələri ilə böyük sahələrə yayılaraq onların təsir sferasında olan bütün mühafizə olunmayan insanlara zədələyici təsir göstərir; ZM buxarları külək istiqamətində kimyəvi silahın bilavasitə tətbiq edildiyi sahədən çox uzaq məsafələrə yayılır.
Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir: buxar, aerozol, damcı.
Hava yoluxması havanın vahid həcminə düşən ZM miqdarı ilə xarakterizə olunur.
Müxtəlif səthlərin yoluxması yoluxmanın sıxlığı—vahid sahə həcminə düşən ZM miqdarı ilə xarakterizə olunur.
ZM zədələyici təsiri toksiki doza—insan orqanizmində müəyyən zədələnmə törədən ZM miqları ilə xarakterizə olunur.
Zəhərləyici maddələr aşağıdakı məqsədlərlə tətbiq olunur:
• canlı qüvvənin tam məhv edilməsi və ya müvəqqəti olaraq sıradan çıxarılması -əsasən sinir-ifledici ZM bu məqsədlə tətbiq olunur;
• canlı qüvvənin müəyyən müddət ərzində mühafizə tədbirləri yerinə yetirməsini görə manevr etməsini çətinləşdirmək, atəşin sürətini və dəqiqliyini azaltmaq üçün—bu məqsədlə sinir-iflicedici və dəri-zədələyici təsirli ZM tətbiq olunur;
• düşmənin döyüş zamanı uzun müddətə mübarizəsini çətinləşdirmək və şəxsi heyətin itkisini artırmaq məqsədilə—davamlı ZM tətbiq edilir;
• ərazini zəhərləməklə rəqib qüvvələri döyüş pozisiyasını tərk etməyə vadar etmək məqsədilə.
Kimyəvi silahın tətbiqi vasitələri aşağıdakılardır:
• kimyəvi raketlər;
• reaktiv qurğular;
• kimyəai reaktiv və artilleriya mərmi və minaları;
• kimyəvi aviasiya bombaları və kassetləri;
• kimyəvi fuqaslar;
• qranatlar;
• zəhərli tüstü bombaları və aerozol generatorları;
• püskürdücü aviasiya cihazları və s.
Partladıcının tipindən asılı olaraq kimyəvi aviasiya bombaları zərbə və məsafədən təsir növlərinə bölünür. Birincilər torpağa və ya digər maneələrə toxunduqda parlayır, ikincilər müəyyən hündürlükdə havada partlayır.
Az kalibrli bombalar kassetlərdə tətbiq olunur.
Kimyəvi aviabombalar davamlı və davamsız ZM doldurulur. Davamsız ZM doldurulmuş bombalar insanların və havanın zəhərlənməsi üçün nəzərdə tutulmuşdur, onları zərbə təsirli partlayıcılarla tətbiq edirlər.
Davamsız ZM bombaları böyük kalibrli olurlar və partlayış anında zəhərləyici maddələrin böyük konsentrasiyaları iri sahəli əraziləri zədələyir.
Davamlı ZM doldurulmuş bombalar insanların, ərazinin və obyektlərin zədələnməsi üçün nəzərdə tutulur.
Püskürdücü aviasiya cihazları nazik divarlı metaldan hazırlanmış rasional rezervuar olub tutumu bir neçə yüz litrə qədərdir. Rezervuarlara maye halında ZM doldurulur, tətbiq edilərkən damcı-maye halında torpağa çökür, həmin ərazidə fərdi mühafizə vasitəsi olmayan və sığınacaqlardan kənarda olan insanları zəhərləyir.
Dostları ilə paylaş: |