Qlobal fövqəladə hadisələr-
bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin
ərazilərinə də yayılır. Həlak olanların sayı 1.000.000-dən artıq, zərər cəkən əhalinin sayı
20.000.000-dən artıq. Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş
verən insan tələfatının miqdarına, zədələnmiş (köcurməyə məruz qalan) əhalinin sayına,
habelə, dəymiş zərərin miqyasına görə də təsnif edilir.
Fövqəladə hadisələr iİdarə üzrə mənsubiyyətinə görə aşağıdakı kimi bölünür:
- Tikintidə;
- Sənayedə;
- Mənzil və kommunal məişət sahələrində;
- Kənd təsərrufatında;
- Meşə təsərrufatında;
- Nəqliyyatda (hava, su, yerüstu və yeraltı) olur.
1. Təbbi xarakterli fövqəladə hadisələr
Təbii fəlakətlər
– insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində
qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan
faciəli təbii təzahür və ya proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar,
quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar,
güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə
Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı
zərərvericilərinin kütləvi yayılması da daxil edilmişdir.
Elmi-texniki tərəqqinin nailiyyətlərinə baxmayaraq cəmiyyət üçün fəaliyyət təhlükəsi, o
cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkənlərin
sayı ildə təxminən 6% artır. Epidemioloji fəlakətlər üzrə Elmi Mərkəzin (Brüssel) məlumatlarına
görə 1965-ci ildən 1992-ci ilədək dünyada təbii fəlakətlərdən 3,6 milyon insan məhv olmuş, 3
milyarddan çox adam zərər çəkmiş, ümumi iqtisadi ziyan 340 milyard dollardan artiq olmuşdur.
Təbii fəlakətlər üzrə Ümumdünya Konfransına (Yokoqama, 1994-cü il) müxtəlif ölkələr
tərəfindən təqdim edilmiş məlumatlar göstərir ki, 1962-1992-ci illər ərzində çox ağır iqtisadi
ziyan (ölkəsindən illik ümumi məhsulun 1%-i qədər və bundan artıq) vuran təbii fəlakətlərin
sayi 4,1 dəfə, bu zaman zərər çəkənlərin sayı 2,1 dəfə artmışdır.
Dostları ilə paylaş: |