42
müqavilə (kontrakt) hesab olunur. Müqavilə əməliyyatlarının aparılması Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
-
Müqavilənin bağlanmasına ən mühüm şərt tərəflər arasında razılığın əldə edilməsidir.
Müqavilənin predmeti, dəyəri, müddəti və s. onun əsas şərtləri qəbul olunur.
-
Müqavilənin bağlanması iki əsas mərhələdən keçir: müqavilə
bağlamaq üçün bir tərəf
təklif irəli sürür (oferta) və o biri tərəf
həmin təklifi qəbul edir (aksept). Müqavilə ikitərəfli öhdəlik haqqında yazılı razılıqdır. Bu,
vətəndaşlar, təşkilatlar, idarə və müəssisələr arasında bağlanır. Müqavilənin məzmunu ayrı-ayrı
bəndlərlə göstərilir. Müqavilə eyni hüquqa malik 2 nüsxədən ibarət tərtib edilir.
Müqavilələr
tərəflərin bir işi yerinə yetirməsini, onların vəzifələrini, məsuliyyətini, qiymətini və vaxtını əks
etdirir.
Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmalıdır, o, həm
tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub,
faks və şairənin mübadiləsi yolu ilə bağlana bilər.
Müqavilənin (kontraktın) tərtibi zamanı aşağıdakı rekvizitlər göstərilir.
1.
Sənəd növünün adı (müqavilə);
2.
Müqavilənin bağlanması tarixi və yeri;
3.
Müqavilə bağlayan tərəflərin adları;
4.
Vəzifələri göstərməklə, müqaviləni imzalayanların vəzifəsi, soyadı və adı;
5.
Tədarük edilən məhsulun dəqiq adı, miqdarı, zəruri hallarda həm də çeşidi;
6.
Müqavilənin qüvvədə olmasının ümumi müddəti və
tədarük etmə müddəti;
7.
Keyfiyyəti, zəruri hallarda həm də komplekdiyi, texniki şərtlər, rəsmlər, nümunələr;
8.
Məhsul taralarda
tədarük edilərsə, tara və qablama barəsində tələblər;
9.
Məhsul üzərində qiymətin göstərilməsi və müqavilənin miqdarı (cəmi);
10.
Məhsulun kəmiyyət və keyfiyyət qaydası;
11.
Tədarükçünün (satıcının) alıcıya göndərməli olduğu hesablaşma sənədləri və sair sənədlər,
həmin sənədlərin göndərilmə müddətləri;
12.
Tədarükçünün və alıcının ödəmə və poçt şərtləri, məhsulu ahcı qəbul edibsə, həm də onun
göndərmə şərtləri;
13.
İmza və möhür.