Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Sənədlərin icrasına nəzarətin aparılması



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
634821372-Untitled

Sənədlərin icrasına nəzarətin aparılması 
Azərbaycan dövlətinin inkişafı tarixindən indiyə qədər kargüzarlığın sənədli hissəsinin 
təşkilinə, onların icrasının yoxlanılmasına xüsusi diqqət olmuşdur. 
İcra intizamının səviyyəsini qaldırmaq üçün normativ aktlarda bunlar göstərilir: 
-
qəbul olunan qərarların hazırlanması keyfiyyətinin yaxşılaşdırılması; 
-
təkrar əmrlərin, qərarların və digər eyni məsələlər üzrə verilən normativ aktların qarşısının 
alınması; 
-
xidməti sənədlərin hazırlanması və rəsmiləşdirilməsi mədəniyyətinin-artırılması; 
-
lazımsız yazışmaların qarşısının alınması. 
^Sənədlərdə olan bütün təklif, tapşırıq və məsələlərin icrasına daim nəzarət edilməlidir. Daxil 
və xaric olan, habelə ən mühüm daxili sənədlərin icrası nəzarətə götürülməlidir. Ümumilikdə 
qeydiyyatdan keçmiş bütün sənədlər nəzarətə götürülməlidir, 
Sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti idarələrin quruluş bölmələrinin 
rəhbərləri və onların vəkil etdiyi şəxslər həyata keçirirlər. 
Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlar heyətinə və həmin heyətdə xüsusi 
olaraq yaradılan nəzarət xidmətçilərinə tapşırılır. Quruluş bölmələrində sənədlərin icrasına 
nəzarəti katib, dəftərxana müdiri və ya kargüzarlıq üçün məsul şəxs həyata keçirir. 
Xüsusi olaraq aşağıdakı sənədlər nəzarətə götürülür: 
a)
icra edilməsi tələb olunan ən mühüm dövlət sənədləri, prezidentin fərmanları, sərəncamları 
və dövlət orqanlarının, yuxarı təşkilatların sorğu və tapşırıqları; 
b)
idarənin özünün müəyyən etdiyi müddətlərə verilmiş tapşırıqları nəzərdə tutan əmr, göstəriş 
və sərəncamları. 
İdarə rəhbərliyinin göstərişi ilə digər sənədlər də nəzarətə götürülə bilər. Bunun üçün idarə 
rəhbərinin tapşırıqları əsas götürülür. 
Sənədlərin icra müddətləri birtipli və fərdi ola bilər. Birtipli icra müddətləri mövcud 
qanunvericiliyə uyğun nəzarətə götürülməli olan sənədlərin müəyyən, ən kütləvi kateqoriyaları 
üçün tətbiq olunur. Fərdi icra müddəti isə idarə və müəssisə rəhbərləri tərəfindən qoyulur. 
Sənədlərin icra müddətlərini təlimata əsasən, təxmini olaraq aşağıdakı müddətlərdə müəyyən 


37 
etmək olar: 
1.
Azərbaycan Respublikası prezidentinin fərmanları və sərəncamları, bunlarda göstərilən 
müddətə uyğun olaraq; 
2.
Azərbaycan Respublikası Milli Məclisinin qərarları, məktubları, bunlarda göstərilən 
müddətə uyğun olaraq; 
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, sərəncamları, göstərişləri və 
məktubları - 10 gün və ya bunlarda göstərilən müddətədək
5-7 gün, bunların əsasında qərarlar, əmrlər hazırlanması şərtilə; 
4.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclas üçün materialları - 1 -3 gün. 
5.
İcra hakimiyyətlərinin qərarları və sərəncamları - bunlarda göstərilən müddətə uyğun 
olaraq; 
6.
Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qərarlar, sorğular, ərizə və məktublar, əlavə olaraq 
öyrənilməli və yoxlanılmalı olmayan məktublar, bələdiyyə məktubları və sorğuları üzrə - 5 
günədək; 
8.
Milli Məclis deputatlarının məktubları və sorğuları üzrə - 30 günədək; 
9.
İdarə rəhbərinin əmrləri - bunlarda göstərilən müddətə uyğun olaraq. 
10.
İdarənin kollegial orqanlarının qərarları - bunlarda göstərilən müddətə uyğun olaraq: 
11.
Yuxarı idarələrin və təşkilatların sorğu, tapşırıq və mək- iııbları - 10 gün; 
12.
İdarə, təşkilat və müəssisələrin məktubları, həmin idarə ləhbərinin dərkənarı ilə - 10 gün; 
13.
Fəaliyyətin əsas məsələlərinə dair xaric olan təşəbbüs məktubları - bunlarda göstərilən 
müddətə uyğun olaraq; 
14.
Vətəndaşların təklif, ərizə və şikayətləri - 30 günədək; 
15.
Teleqramlar, fakslar - 2-5 günədək. 
Qalan hallarda sənədlərin icra müddətləri bir qayda olaraq 10 gündən çox olmamalıdır. 
Sənədlərin icrasına nəzarət kartoçkalarda və kompüter proqramlarında aparılır. Sənədlər nəzarətə 
götürülərkən hazırlanan qeyd kartoçkalarımn əlavə nüsxələrindən nəzarət kartoçkaları kimi 
istifadə edilir. 
Kiçik idarələrdə nəzarət daxil və xaric olan sənədlərin və daxili sənədlərin qeyd jurnallarında 
həyata keçirilir. 
Nəzarət kartoçkalarında, habelə nəzarətdə olan sənədlərdə (birinci vərəqin sol kənarında) 20- 


38 
ci rekvizit nəzarət işarəsi "N" yazılır və ya "Nəzarət" ştampı vurulur, bundan sonra sənəd icraçıya 
göndərilir, qeyd kartoçkasınm əlavə nüsxəsi isə nəzarət kartoçkasına qoyulur. 
Sənədlərin icrasının gedişi haqqında telefon vasitəsilə icraçı olan quruluş bölməsi yoxlanarkən 
alınmış məlumat "Nəzarət qeydləri" qrafasına keçirilir. Bu zaman əvvəlki qeydlərin üstündən xətt 
çəkilir. 
Vətəndaş təklif, ərizə və şikayətlərinin icrasına nəzarət vətəndaşların məktublarının soyadına 
əsasən həyata keçirilir. Sənəd ancaq onda qoyulmuş məsələlər həll olduqda və sənədin müəllifinə 
mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. 
Əgər icra sənədləşdirilməmişdirsə, icra haqqında qeyd sənədin özündə, sorğuda və nəzarət 
kartoçkasında yazılır. İcra olunduqdan sonra sənədlər nəzarətdən götürülür. Sənədi nəzarətdən 
ancaq onu nəzarətə qoymuş şəxs götürə bilər. Bu zaman sənəddə və kartoçkada nəzarətdən 
götürülmə barədə qeyd yazılır. Sənədin icrası və nəzarətdən götürülməsi haqqında məlumat 
nəzarət kartoçkasına keçirilir və faylda yazılır. Sənədlərin icrası haqqında bütün mə'lumailar 
ümumiləşdirilir və təhlil edilir. 
Sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat vaxtaşırı təhlil edilir. Təhlil əsasında 
sənədlərin icrasını sürət ləndirmək və icra intizamını yüksəltmək, nəzarəti və bütövlükdə 
idarəetməni təkmilləşdirmək tədbirləri işlənib hazırlanır. Nəzarət xidməti növbəti əməliyyatları 
yerinə yetirir: 
-
nəzarətdə olan sənədləri formalaşdırır; 
-
konkret icraçılar arasında əlaqə saxlayır; 
-
icra haqqında məlumat verir
-
icranın gedişi haqqında qeydlər edir; 
-
sənədlərin icrasının nəticələri haqqında mütəmadi olaraq idarə rəhbərini məlumatlandırır; 
-
icra olunmuş sənədləri formalaşdırır. 
Aşağıdakı hallarda tapşırıqlar nəzarətdən çıxarılır: 
1. Tapşırığın icrası haqqında məlumat məktubunda icraya dərkənar verən rəhbərin razılıq 
dərkənarı və ya vizası olduqda; 
2. Tapşırığın icrasının rəhbərliklə şifahi danışılınası barədə sənədlərdə və nəzarət vərəqəsində 
qeyd yazıldıqda, məsul icraçının imzası olduqda. 
Rəhbərlik tərəfindən nəzarətə alınmalı olan və icra müddətləri göstərilməyən tapşırıqlarına 


39 
aşağıdakı müddətlər ərzində baxılır: 
1.
Təcili cavabı tələb olunan sənədlərə on günədək
2.
Dövlət və ictimai orqanlarda razılaşdırılması tələb olunan sənədlərə bir ayadək; 
3.
Baxılmaq üçün dövlət orqanlarına göndərilən sənədlərə bir ayadək; 
4.
Öyrənilməli olan dövlət orqanlarından və ictimai orqanlardan əlavə materiallar 
istənilməsini tələb edən sənədlərə iki ayadək. 
Məsul icraçı icranın müddətini uzatmaq üçün sübutlar gətirərsə, onda icranın müddəti uzadıla 
bilər. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin