11.01.03.
51
Xidməti məktublar haqqında
Xidməti məktub - idarəetmə fəaliyyətinin müxtəlif proseslərində çevik rəhbərlik üçün
məlumatları çatdıran vasitələrdən birinə deyilir. Xidməti məktub idarəetmədə ən geniş yayılmış
sənəddir. Sənədlər ayrı-ayrı idarələr, təşkilatlar və şəxslər arasında əlaqə yaratmaq üçün mühüm
vasitədir. Yuxarı səlahiyyətli orqanların vəzifəli şəxsi tərəfindən göndərilən sənəd hər şeydən
əvvəl sərəncamvcrici xüsusiyyətə malik olur.
Bununla sənədin təsərrüfatçılıq və təşkilatçılıq rolu müəyyən olunur. Budan əlavə məktublar
hüquqi və məlumatverici əhəmiyyətə malikdirlər.
Məzmununa və təyinatına görə sənədlər aşağıdakı qruplara bölünür:
1. Cavabı tələb olunan məktublar: xahiş, müraciət, təklif, tələb və sorğu məktubu.
2. Cavabı tələb olunmayan məktublar: xəbərdarlıq, yadasalma, dəvət, təsdiq, etiraz, rəddetmə,
məlumat, bildiriş, təminat, müşayiət və sərəncam məktubu.
Müəssisələr arasında şifahi danışıqlar çətinliklə aparılırsa, onda rəsmi xidməti məktubdan
istifadə olunur. Ünvanın sayından asılı olaraq məktublar adi (kollektiv) və dövri məktublara
ayrılır. Dövri məktublar bir mənbədən çoxlu tabeçilikdə’ olan instansiyalara göndərilir. Kollektiv
məktub isə bir neçə şəxsdən digər bir ünvana istiqamətləndirilir. Nəzəri cəhətdən dövri - kollektiv
məktublar da mövcuddur. Sadə işgüzar məktublar bir səpkilidir. Bunlar məsələlərin qoyuluşu ilə
əlaqədardır. Elə məktublar var ki, onların məzmunu geniş səpkidə olur.
Məzmun əlamətlərinə əsasən məktublar işgüzar və kommersiya yazışmalarına ayrılır.
Yazışmalar iqtisadi, hüquqi, maliyyə və müəssisənin digər fəaliyyət növü üzrə aparılırsa, onda
bunlar
işgüzar məktublar adlanır. Əgər yazışmalar material - texniki təchizat və satış üzrə aparılırsa,
onda bunlara kommersiya məktubları deyilir. İdarələrdə xidməti məktublar xahişə (sorğuya
cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunmasından ötrü tərtib olunur.
Xidməti məktublar müəssisələrə daxil olan və göndərilən sənədlərin 80%-ni təşkil edir. Rəsmi
məktubların tərtibində aşağıdakı rekvizitlərdən istifadə olunur:
-
dövlətin gerbi (dövlət idarələrində);
-
müəssisənin embleması;
52
-
müəssisənin adı;
-
müəssisənin kodu;
-
poçt ünvanı;
-
telefon, faks nömrəsi;
-
bankda hesabın nömrəsi;
-
sənədin tarixi, indeksi;
-
tarix və indeksə istinad;
-
ünvan sahibi;
-
mətnə başlıq;
-
mətn;
-
əlavələrin sayı haqqında qeyd;
-
imza;
-
icraçının soyadı.
Məktubun mətni biri digəri ilə məntiqi surətdə bağlı iki hissədən ibarət olmalıdır. Birinci
hissədə məktubun hazırlanması üçün əsas götürülmüş faktların və ya hadisələrin təsviri, o
cümlədən hansı normativ sənədə istinadlar, ikinci hissədə nəticələr, təkliflər və ya xahişlər
yazılır. Məktubun başlıca məqsədi başa salmaq, sübut etmək və izah verməkdir.
53
54
. Sənədlərin saxlanılmasının hüquqi əsasları.
Dövlət idarəetmə aparatında və müəssisələrin fəaliyyətində kargüzarlıq prosesi zamanı çoxlu
sayda sənədlər yığılır. Bu sənəd yığınını qaydaya salmaq üçün qarşıya bu vəzifələr qoyulur:
-
sənədlərin etibarlı saxlanılması üzrə onların səmərəli bölüşdürülməsi;
-
məlumatların axtarılması və onlardan istifadə üçün əvvəlcədən sənədlərin qruplaşdırılmasını
təşkil etmək;
-
sənədlərin işlərdə qruplaşdınlmasının təşkili;
-
sənədlərin sistemləşdirilməsi;
-
sənədlərin saxlanmasının təmin edilməsi;
-
arxivlərdə sənədlərin saxlanmasının təşkili^
-
Sənədli məlumatların həcminin çox olması ilə əlaqədar bir sıra normativ aktlar qəbul
olunmuşdur. Arxiv xidməti tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə
olunduğu elmi- tədqiqat mərkəzləridir/ Azərbaycan Respublikasında arxiv xidmətinin
qanunvericilik bazasını "Milli arxiv fondu haqqında" qanun təşkil edir. Qanun arxiv fəaliyyətini
fənzimləyir, onun idarə olunması prinsiplərini, arxiv işi sahəsində dövlətin vəzifələrini müəyyən
edir. Bundan əlavə "Arxiv işinin təkmilləşdirilməsi haqqında" normativ sənədlər qəbul
olunmuşdur. Kargüzarlığın və arxiv işinin təşkilində idarələr özlərinin hüquqi sənədlərini
hazırlamışlar. Ədliyyə orqanlarının, məhkəmə aparatının işçilər, hakimlər, məhkəmə katibləri,
arxiv işçisi, məlikəmə icraçısı və digər idarə arxivlərinin işçiləri qanunu rəhbər tutaraq sənədlərin
və işlərin etibarlı saxlanmasından ötrü aşağıdakı qaydalara riayət etməlidirlər:
Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, saxlanma müddəti göstərilməklə sənədlərin
siyahısına;
2. Sənədlərin arxivdə saxlanması üçün seçilməsi qaydaları haqqında təlimata.
Sənədlərin çevik axtarışını aparmaqdan ötrü icra olunduqdan sonra sənədlər işlərdə
qruplaşdırılır. Ayrıca cildlənmiş idarəetmə fəaliyyətinin müəyyən sahəsinə və ya məsələlərinə
aid olan sənədlərin bir yerə yığılmasına iş deyilir. Sənədlərin birinci dərəcəli qruplaşdırılması
onların əlamətləri üzrə təyin edilir. Bunlara daxildir:
1.
Nominal əlamətləri, yəni adları üzrə sənədlərin bir yerdə cəmlənməsi (məs. əmrlər,
protokollar, hesabatlar), bu zaman bir işdə ancaq bir sənəd növü yerləşdirilir;
55
2.
Məzmununun istiqamətləri və sualları üzrə əlamətlər, sənədlərin qruplaşdırılmasında
sənədin məzmunu əsas götürülür, predmetinə baxılır, əks olunmuş məsələlər göstərilir (məs.
idarənin hesabatları);
3.
Müəlliflik əlamətləri üzrə, yəni sənədlərin bir müəllif üzrə qruplaşdırılması (məs. vəzifələr,
şöbələr üzrə);
4.
Yazışmaların əlaıjıətləri üzrə, yəni qarşılıqlı yazışmaların aparılması üzrə sənədlərin işlərdə
yığılması (məs., Ədliyyə Nazirliyi ilə Ali Məhkəmənin yazışması);
5.
Coğrafi əlamətləri üzrə, yəni vahid inzibati-ərazi bölgüsündə yerləşən, bir ərazidə olan
yazışmaların bir yerdə birləşdirilməsi;
6.
Xronoloji əlamətləri üzrə, yəni ardıcıllıqla müəyyən bir dövr üzrə sənədlərin
qruplaşdırılması.
Müəssisəyə daxil olmuş, göndərilmiş və daxili sənədlər müxtəlif işlərdə saxlanılır.
Qurtarmış məhkəmə işləri, icra sənədləri, jurnallar və kartoçkalar saxlanmaq üçün
məhkəmənin arxivinə verilir. İşlərin və digər materialların uçota alınması və arxivdə
saxlanmasında göstərilən qaydalara əməl edilməlidir:
1. Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş idarə, müəssisə və təşkilatların arxiv işi və
sənədləşməsinin əsas qaydalarına;
2. Məhkəmə və notariat sənədlərinin saxlanması müddətinə dair qaydalara.
Arxivə təhvil verilməli olan məhkəmə işlərində işə əlavə edilmiş bütün sənədlər tikilir,
nömrələnir və siyahıya alınır, sonra işdəki vərəqələrin ümumi sayı göstərilməklə axıra tikilmiş
siyahı katibin imzası ilə təsdiq edilir.
Məhkəmə arxivinə verilmək üçün hazırlanmış olan iş və materialların idarə, müəssisə və
təşkilatların arxiv işləri qaydasının tələblərinə uyğun olaraq siyahısı tərtib olunur. Siyahı
məhkəmənin sədri və katibi tərəfindən imzalanır.
Dostları ilə paylaş: |