Layların üfüqi və şaquli səthdən fərqli olan vəziyyətinə maili yatım deyilir. Maili yatımın ən sadə forması monoklinal yatımdır.
Layların yalnız bir istiqamətdə, onların yaşının azalması istiqamətində olan yatımına monoklinal yatım deyilir. Bəzən çevrilmiş yatıma malik olan laylarda da monoklinal yatım müşahidə edilir.
Bəzi hallarda yer səthinə çıxan və monoklinal yatıma malik olan öz fiziki xassələrinə görə sərt və yumşaq süxurların növbələş-məsindən ibarət olur. Ekzogen proseslərin təsiri altında yumşaq süxurlar daha çox aşınmaya məruz qalaraq relyefin mənfi elementini, sərt süxurlar isə nisbətən az aşınmaya məruz qalaraq relyefin müsbət elementini əmələ gətirir. Əgər laylar monoklinal yatıma malikdirsə bu vaxt relyefin kuestvari, yəni pilləvari forması yaranır.
Geoloji xəritələrdə layların maili yatımını geoloji sərhədlərin topoqrafik xəritənin relyef hori-zontallarını kəsməsinə görə təyin edirlər. Geoloji xəritələrdə layların maili yatımı şərti işarələrlə də verilir. Geoloji xəritələrdə layların maillik dərəcələrini geoloji sərhəd-lərin əyrilik dərəcəsilə müəyyən edirlər. Belə ki, geoloji sərhədlərin əyrilik dərəcəsi topoqrafik xəritənin horizon-tallarının formasına nə qədər oxşar olarsa, bu münasib layın bir o qədər kiçik bucaq altında yatmasını göstərir və əksinə, geoloji sərhədlər düz xəttə yaxın olarsa, bu münasib layın şaquli yatımda olmasını göstərir.
Maili laylar əsasən bir-birindən fərqli olan 2 halda rast gəlinir: normal və çevrilmiş. Normal yatımda layın tavanı yuxarıda, dabanı isə aşağıda yerləşir. Çevrilmiş yatımda isə əksinə, layın dabanı yuxarıda, tavanı isə aşağıda yerləşir. Laylar çevrilərkən yatımı 90º olana qədər öz normal yatımını saxlayır. Yəni, tavan yuxarıda, daban aşağıda və cavan çöküntülər qədim çöküntülər üzərində yerləşir. Çevrilmə böyük bucaq altında baş verdikdə laylar çevrilmiş vəziyyət alır. Daban yuxarı hissədə, tavan aşağı hissədə yerləşir. Qədim çöküntülər cavan çöküntülərin üzərində yatır.
Maili layın fəza vəziyyəti aşağıdakı yatım elementləri ilə müəyyən olunur: