Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 0,75 Mb.
səhifə21/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

ƏDƏBİYYAT

  1. Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);

  2. Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.

  3. Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;

  4. Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.

  5. Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;

  6. .Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)

  7. . K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991


İmtahan sualları: Qırışıqların morfoloji təsnifatı

MÜHAZİRƏ 12
Adı : Tam inkişaf etməmiş strukturlar (Hemiformalı strukturlar)


Tarix: 07.12.2021


Plan:
1. Hemiformalı struktur anlayışı
2.Struktur terras və onun planda və kəsilişdə təsviri
3. Fleksura, əmələgəlmə mexanizmi, elementləri, növləri, və planda və kəsilişdə təsviri
4.Struktur burun, əmələ gəlmə mexanizmi, elementləri, planda və kəsilişdə təsviri
5. Struktur yəhər, əmələ gəlmə mexanizmi, planda və kəsilişdə təsviri

Tam inkişaf etməmiş struktur.
Bu növ strukturlara aiddir.
Struktur terras- regional monoklinal yatımın yaxud nisbətən iri qırışığın qanadında inkişaf etmiş pilləvari formaya struktur terras deyilir.
Struktur terrası onun mərkəzinə doğru müvafiq olaraq geoloji sərhədləri stratoizahipslərin seyrəlməsi ilə təyin etmək mümkündür.

Fleksura- regional monoklinal yatımın yaxud nisbətən iri qırışığın qanadlarında layların dalğavari əyilməsi dirsəkvari monoklinal yatım .Aşağıdakı elementləri ilə səciyyələnir.


  1. Qalxmış qanad –hipsometrik cəhətdən nisbətən yüksək vəziyyət tutan qanada deyilir.

  2. Enmiş qanad – hipsometrik cəhətdən nisbətən aşağı vəziyyət tutan qanada deyilir.

  3. Orta yaxur əlaqələndirici qanad – enmiş və qaxlmış qanad arasında qalan və onları əlaqələndirən hissəyə deyilir.

Fleksuranın orta qanadı daha gərgin vəziyyətdə olduğuna görə adətən xırda amplitudlu qırılmalarla və çatlar şəbəkəsi ilə mürəkkəbləşmiş olur. Fleksuranın hündürlüyü – enmiş və qalxmış qanadlar arasında ən qısa çaquli məsafə nəzərdə tutulur. Sxemlərdən göründüyü kimi ( terras və fleksura) geoloji xəritə və struktur xəritədə, geoloji sərhədlər və strotoizohipslər terrasda mərkəzə doğru seyrəlirlər. Fleksurada isə əksinə, sıxlaşırlar. Bu ondan irəli gəlir ki, terrasın mərkəzinə doğru layların yatım bucağı azalır. Fleksura da isə artır. Struktur xəritə dedikdə ( istinad) lay səthinin stratoizohipslərlə üfüqi müstəvi üzərində (planda) proyeksiyası nəzərdə tutulur.
Stratoizohips dedikdə lay səthi üzərində yerləşən eyni mütləq qiymətə malik olan nöqtələrdən keçən xəttə deyilir. ( strato –lay ; izo – bərabər ;hips –yüksəklik ;) Fleksuranın əlaqələndirici qanadı adətən çatlar şəbəkəsi və kiçik amplitudlu qırılmalarla mürəkkəbləşdiyindən o törəmə məsaməliyə və kollektoruq (keçiriciliyə )qailiyyətinə malik olur. Bu səbəbdən də fleksuranın əlaqələndirici qanadı adətən başqa əlverışli olurFleksura bir qayda olaraq altda yatan yəni nisbətən qədim süxur komplekslərində inkişaf etmiş nisbətən böyük ampliyudlu qırılmanın üstdə yatan laylarda təzahürüdür.
Çöküntü toplamaya görə fleksura 2 cür olur.

  1. Postsedimentasion – (çöküntütoplamadan sonra ); uyğun fleksura – bu növ fleksuralarda layların qalınlığı hər 3 qanadda eyni olar.

  2. Konsedimentasion –(çöküntütoplanma ilə eyni zamanda) – Bu növ fleksurada layların qalınlığı orta qanadda daha nazik kiçikdir.

Fleksuranın inkişaf etmə istiqaməti ilə regional yatımı istiqamətinə görə fleksura 2 yerə bölünür.

  1. Uyğun fleksura

  2. Qeyri uyğun fleksura

Fleksura yer qabığında nisbətən geniş yayılmış strukturdur. O həm lokal , həm də regional miqyasda inkişaf etmiş ola bilər. Məsələn ; Kürqabırlıda yerləşən Təsdəllər qırışığının bir qanadı fleksura ilə mürəkkəbləşmişdir. Həmin fleksuranın əlaqələndirici qanadı neftlidir. Regional miqyaslı fleksura kimi Yaşma fleksurasını göstərmək olar.
Struktur yəhər- Bu struktu forma antiklinal və sinklinal zonaların kəsiçməsində formalaşır. Struktur yəhərin antiklinal zonasl istiqmətində çəkilmiş profildə o özünü sinklinal kimi biruzə verir və əksinə sinklinal zonadan keçən xətt üzrə qırılmış profildə struktur yəhər özünü antiklinal kimi göstərir. Struktur yəhər öz formasına görə at üstündə istifadə olunan yəhərə bənzədiyindən bu adı daşıyır. Struktur yəhər regional və lokal miqyasda inkişaf edən struktur formadır. Məsələn;Böyük Qafqaz, Böyük Kiçik Balxan (Xəzərin şərq sahilində ) Koped-dağ dağ qırışıq sistemləri, submeridianal istiqamətdə yerləşən Cənubi Xəzər, Orta Xəzər və Şimal Xəzər çökəklikləri ilə, Abşeron Balxanyanı Astana zonasında bir-biri ilə kəsişirlər.və nəticədə Abşeron Balxanyanı struktur meqayəhər formalaşmışdır.

Hemiantiklinal- struktur burun – Hemiantiklinal layların monoklinal yatımında inkişaf etmiş bir struktur formadır. Bu struktur forma uzununa çəkilmiş profildə özünü struktkur burun kimi göstərir. Eninə çəlikmiş profildə isə o antiklinal formaya malikdir. Struktur xəritədə rəqəmlərlə,struktur xəritədə yaşlarla isə struktur burunun təsviri verilmişdir. Bu onu göstərir ki, Morfoloji cəhətdən struktur burun istər geoloji istərsə də struktur xəritədə eyni formaya malikdir.
Struktur burun laylaların monoklinal yatımında bir antiklinal qırışıq kimi periklinala malikdir.Lakin monoklinal yatım qalxımı istiqamətində bu qırışıqtədricən açılaraq adi monoklinal yatıma çevrilir. Struktur burun əslində dərində yatan daha yaşlı süxur komplekslərində inkişaf etmiş gömülmüş qalxımın üstdə yatan nisbətən cavan laylarda təzahürüdür. Struktur burun təbiətdə nisbətən yayılmış struktur formadan biridir. Məsələn; Balxanyanı ,Sabunçu, Ramana qırışığının Şimal- Şərq qanadı, Sanqaçal-Düvan ,Şimal-Şərq qanadı struktur burunla mürəkkəbləşmişdir.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin