İmtahan sualları: Eninə, uzununa əyilmə və axma mexanizmi
Ədəbiyyat
1.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
2.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
3.Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
4.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
5.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
6. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
Mühazirə 14
Adı: Biogermalar haqqında anlayış. Üzvi mənşəli süxurların yatım formaları.
Tarix: 21. 12. 2021
Plan: 1.Biogerma anlayışı və növləri
2.Biostromun genezisi
3.Biostellanın əmələ gəlməsi və biostromdan fərqi
4.Atoll və onun əmələgəlmə şəraiti
5.Baryer rifləri və onların əmələ gəlməsi
6. Kənar riflər və onların əmələ gəlməsi
Biogermalar, onların yatım formaları
Biogermanın formalaşması hövzədə yaşayan canlıları həyat fəaliyyəti ilə əlaqədardır. Bu canlılar məhv olduqda, onların inşa etdikləri qurğular dağılaraq hövzənin dibində linzavari yatım formaları yaradırlar. Bu növ biogerma Biostrom adlanır. Əgər bu proses təkrar olunarsa belə halda bir neçə biostrom üst-üstə formalaşmış olur və nəticədə yamacları diş-diş olan konusvari forma yaradirlar ki, bunada Bisotella deyilir.
Bəzən hövzənin dayazlığında izometrik formaya malik, qapalı və ya ayrı-ayrı seqmentlər ibarət biogerma formalaşır buna atol deyilir.
Atolun formalaşması mərcanların həyat fəaliyyəti ilə əlaqədardır. Onların ilk qurğuları çox şaxəli, budaqlı yarpaqsız ağaclara oxşayır və özünə məxsus meşəni xatırladır. Hövzənin belə bir hissəsinə sular hərəkət etdikdə, onlar elə bil süzülərək, həmin sahədə öz mexaniki qarışıqlarını çökdürmüş olurlar. Bu səbəbdəndə atol formalaşan sahədə hövzə dibinin dəyazlığı yaranır.
Biogermalar yəni mərcan rifləri hövzənin sahil zonası, qitə şəraitində formalaşırlar. Bunlar adətən sahil xəttinin və qitə yamacının formasını rəkrar edərək , nisbətən ensiz uzun olurlar. Mərcan rifləri yuksək kollektorluq xüsusiyyətinəv malik olduğundan neft qazlılıq cəhətdən çox prespektivli hesab olunurlar. Tədqiqatlar göstərir ki, mərcan rifləri C.X.Ç –nin şimal yamacı boyu uzanan Abşeron-Balxanyanı struktur meqayəhərin cənub qanadı boyu Yura yaşlı süxur komplekslərində mövcuddur.
Ədəbiyyat
Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);
Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
4.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
5. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
Dostları ilə paylaş: |