M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri
Gildiapirləri Əgər diapirinin nüvvəsi tam sıxlaşmamış gildən təşkil ounursa. Bu cür diapir gil diapiri adlanır. Duz diapirlərindən fərqli olaraq gil diapirləri 2 enerji potensialinə malikdirlər. Biri duz diapirində olduğu kimi tam sıxlaşmamış gilin sıxlığı ilə onu əhatə edən süxurlarin sixliğı arasinda olan sıxlıqlar qradiyentidir. İkinçi növ enerji mənbəyi gilin tərkibində olan üzvü maddə ilə əlaqədardır məlum olduğu kimi gil ən geniş yayılmış neft ana süxurudur (əgər süxurda üzvi maddənin miqdarı 0.4-0.5 % -dən çox olarsa belə suxura neft ana suxür deyilir). Bununla belə gillərin əksəriyyəti az ya çox miqdarda üzvü maddəyə malikdirlər. Onun fiziki halı adətən bərk olur. Lakin gil qati müvafiq termobarik şəraitə düşəndə üzvü maddəni karbohidrogenlərə yəni flüidlərə cevrilir nəticədə bu fluidlər gilin həm sıxlığını müəyyən qədər azalmasina həm də mütəhərrikliyinin artmasina səbəb olur. Nəticə etibari ilə həm iki bu hal əslində gilin ikinci enerji mənbəyi rolunun oynayir. Gil diapirləri duz diapirləri kimi öz inkişaf dövrünü bir neçə növə ayrırlar
Əgər gil kütləsinin sıxlığı nisbətən çox olarsa və kütləsi az olarsa bu zaman hövzədə hidrostatik tarazliq pozuduqda gil hərəkə gələrək üstə yatan laylari deformasiyaya məruz edib kriptodiapir əmələ gətirir. Buna misal olaraq Sanqacak-Duvanq qırşığının şimal-şərq yamacı 8 Mart adlanan gömülmüş qalxan kimi özünü bürüzə verən kriptodiapir ilə mürəkkəbləşmişdir.
Buzovna-Məştəğa, Qala, Türkan, Zİrə, Cənub, Cənub-2 strukturlarin qırşıqlarda gömülmüş strukturlaridir və əslində Kriptodiapirlər və vahid bir antiklinal zamanı təmsil edirlər. Bu növ qırşıqlar cənubi xəzərdə nisbətən geniş yayılmışlar. Duz diapirlərində olduğu kimi gil diapirlərində də kripto diapir o qırşığlıqa deyilir ki , onun nuvəsini təşkil edən tam sıxlaşmamış gil yer səthinə çıxmış olmasin , yəni üstə yatan layarla örtülmüş olsun.
İkinci növ Gil diapiri elə qırşığa deyilir ki . Onlarin tam sıxlaşmamış gildən ibarət nüvəsi yer səthinə çıxmış olsun buna misal olaraq
Bibiheybət qırşığını göstərə bilərik.
Gil diapirlərinin bir qədərdə yüksək mərhələsi palçıq vulkanlaridir .
Palçıq vulkanın yaranması nüvəni təşkil edən gilin yüksək enerji potensialina malik olması ilə əlaqədardir. Bu o vaxt yaranir ki gil kütləsinin altinda yatan suxur kompleksləri qırılmalar ilə mürəkkəbləşmiş olsunlar bu zaman dərinlik fluidləri gil kütləsinə qarışaraq onun enerji potensialini nisbətən kəskin artirmış olurlar. Bu zaman əgər ərazidə hidrostatlik tarazliq pozularsa və gil kütləsin üstündə yatan süxurlarda qırılma pozğunluqu mövcud olduqda. Gil kütləsi həmin qırılma səthi yuxariya doğru hərəkət edərək yer səthin çatir və atmosferə püskürür.
Gİl diaprilərinin ən yüksək mərhələsi qaz palciq vulkanlarıdır. Bunlarin formalaşmasi gil kütləsinin altinda yatan süxur komplekslərində ovulma zonasinin yaranması ilə əlaqədardır. Belə bir zonanin yaranmasina səbəb gil kütləsinin altinda yatan süxur komplekslərinin bir neçə bir-biri ilə kəsişən qırılmalarla mürəkkəbləşmişdir. Ovulma zonalari adətən törəmə məsaməlik və keçricilyə yəni kollektorluq qabilyətinə malik olurlar və bu səbəbdəndə onlarda küllü miqdarda yüksək anomal təzyiq altinda dərinlik fluitləri əlalxüsusda qazlar toplanmış olur. Belə halda hövzədə hidrostatik təzyiq pozularsa tam sıxlaşmamış gil yuxariya doğru hərəkət etdiyi zaman ovulma zonasinda toplanmiş qaz onu qabaqlayaraq gil kütləsinin üzərində yatan süxur komplekslərini mürəkkəbləşdirən qırılma zonasi üzrə böyük təztiq altinda yer səthinə doğru hərəkət edib Atmosferə püskürülür. Onun ardinca isə tam sıxlaşmamış gil püskürülmü olur. Palcıq vulqanından fərqli olaraq qaz palçıq vulkaninda atmosferə bir necə dəfə çox təbii qaz püskürülür. Bu səbəbdəndə belə vulkanlar qaz palçıq vulkanlari adlanir . Misal üçün: Qarasuvulkanı, Ələt-Təngəbiz zonasinda bir sıra vulkanlar bu növə aiddirlər.Palçıq vulkanının kökü dedikdə reoloji fəal kütlənin yəni tam sıxlaşmamış yaşı və yatma dərinliyi nəzərdə tutulur. Əgər vulkanin püskürmə məhsullarinda tam sıxlaşmamış gilin yaşından qədim olan suxur qirintılarina təsadüf edilərsə buna həmin vulkanin qaz-palciq vulkan olmasina bir dəlalətdir. Gil diapirləri əlalxüsus qaz palçıq vulakanlari ilə mürəkkəbləşmiş ərazilər neft qazlılıq cəhətdən əksər hallarda yüksək prespektivliyə malik olurlar bu ondan irəli gəlir ki gil diapirlərinin yəni bütün basilmış növ qırşıqlar o cümlədən palçıq vulkanlarinda nef-qaz əmələ gəlmə prosesi ilə əlaqəsi vardır. çünki gil diapirinin formalaşmasi üçün onun ikinci enerji mənbəyini məhs tərkibindəki üzvü maddənin korbohidrogenlərə cevrilməsi ilə əlaqədardır.
Gil diapirləri (kriptodiapir, diapir, palçıq və qaz palçıq vulkanları) inkişaf etmiş ərazidən heç bir tədqiqat işləri aparmadan onun geoloj qurluşun xüsussiyyətləri haqqinda aşağidakilari demək mümkündür.
1)Çökmə qatinin kəslişində böyük qalinlığa malik o cümlədən tam sıxlaşmamış gillərin və neft ana laylarinın olması yaxutda tərkibində ümummiyyətlə müəyyən miqdar (Klark ədədindən aşağı)bbüzvü maddənin olması.
2) Ərazidə əsasən braxiformali və nisbətən az xətti uzanmış izometrik qırşıqlar inkişaf edir.
3) Struktur formalarin bir qayada olaraq eninə və uzununa qırılmalarla bir çox hallarda rgional xüsusiyyət daşıması.
4) Palçıq vulkanlarinin bir qayda olaraq qırşığı mürəkkəbləşdirən qırılmalarin kəsişmə zonasinda və tağında yerləşməsi.
5) Gil diapirləri inkişaf etmiş ərazinin yüksək neft qaz prespektivliyinə malik olması
6) Palçıq və Qaz palçıq vulkanlari inkişaf etmiş ərazilərdə çökmə qatin kəslişinin vulkanin kökünə qədər yaş intervalinda püskürmə məhsullari əsasinda öyrənmək imkaninın olması.
7) Palçıq vulkanları ilə maqmatik vulkanlar aırasinda fərq ondan ibarətdir ki palçıq vulkanlarin kökü yalniz çökmə qati ilə əlaqədar olduğu halda maqmatik vulkanlarin kökü qabığaltı məkanda yəni mantiyada yerləşir.
8) Ərazidə Gil diapirlərinin inkişafi orada çökmə qatın böyük qlınlığa olmasini göstərir.
Gil diapirlərin yaranma çoğrafiyası kifayət qədər genişdir. Belə ki onlar Alp-Himalay dağ qırşığlıq qurşağı boyu və sakit okenin kənarlari boyu uzana mütəhərrik zonada inkişaf etmişlər. Misal üçün : Palçıq vulkanları Venesiyuella, Trindad adası, italya-Sicilya adası, Rusiya-Kerç, taman adalarinda, Gürcüstanda , İranda, Türkmənitanda, Rüminyada , Çində, Sakalində, İndoneziyada, Andaman adalarinda , Yaponiyada və bir sıra başqa ölkələrdə inkişaf etmişdir. Dünyad indiyə kimi 900 yaxin palçıq vulkanı kəşf edilmişdir onlardan 300 yaxini və ən iriləri Azərbaycanın Ərazisində yerləşir.
Yer qabığında formalaşan,mənşə etibarən müxtəlif növ qırışıqların var olması üç qırışıq yaranma mexanizmi yolu ilə formalaşırlar.