İmtahan sualları: 1. Qırılma dislokasiyası haqqında anlayış
Ədəbiyyat
1.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
2. Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (kurs işi üçün metodik rəhbərlik), ADNA nəşri, 2013; .
3 .Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
4.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
5. .Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
6. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
Mühazirə 16
Adı: Bir amplitudlu qırılmalar: sürüşmə, aralanma, şaquli qırılma Sürüşmə, aralanma, şaquli qırılma , üstəgəlmə, örtük (şaryaj) və onların əmələgəlmə mexanizmi
Tarix: 25. 11. 2021
Plan : 1. Bir amplitudlu qırılmaların növləri, amplitudları
Təbiətdə elə qırılmalara rast gəlinir ki, onlar yalnız 1 amplitudu ilə səciyyələnir. Yəni başqa amplitudlardan bəziləri ya heç olmur, ya da üst-üstə düşür. Bunlara aşagdakı qırılmalar aiddir:
1)Şaquli qırılma-Bu nov qirilmalada qirilma sethi 86-90 bucaq altinda yatir .Əgər bu şaquli qırılma üfiqi yatan laylari murəkkəbləşdirirse. Bu zaman onun yalniz bir amplitudu seçilirki oda şaquli amplitudu. Tam stratiqrafik amplitudlarda şaquli amplitud ust uste duşur. Bu nov qirilmada ufuqi qirilma yoxdur.Əger şaquli qirilma maili yatan laylari murəkkəbləşdirirsə bu zaman belə qirilmada maili və şaquli amplitudlar üst-üstə düşür (a,b) və (a,c), üfiqi amplitud yoxdur, stratiqrafik amplitud mövcuddur (b,d).
2) Aralanma növ qırılma-Bu nov qirilmada qanadlar ufiqi vəziyyətdə bir –birinə əks istiqamətdə hərəkət etmiş olurlar.Onlarin arasi isə törəmə məhsullari ilə dolur. Şaquli aralanma növ qirilmalar həm lokal, həmdə intensiv miqyasda inkişaf edə bilirler. Həmçinin qlobal miqyasdada olur.Buna misal olaraq dünya okeanin əsasən mərkəz hissəsindən keçən eləcədə bəzi qitələri mürəkkəbləşdirən Riftlərin ümumi uzunlugu 70-75 min km çatan Riftləri misal göstərmək olar.
3) Sürüşme növ qirilma-Qırılmanin qanadları qirilma səthi uzrə yalniz üfiqi istiqamətdə hərəkət edərsə bu növ qirilma yalniz bir üfiqi qırılma ilə səciyələnir və tektonik sürüşmə növ qırılma deyilir.
Qırılma səthini müşahidə etdiyimiz zaman əgər sağ qanad irəli getmiş sol qanad yerinde qalmiş olarsa belə qirilma sol sürüşme adlanir. Bu sürüşmə saat əqrəbinin əksi istiqamətində hərəkət edir.Sol sürüşmənin tam əksi isə sağ sürüşmədi və o saat əqrəbi istiqamətinde hərəkət edir.
Sürüşmə növ qirilmalar nisbətən geniş yayilmş strukturlardir. Onlar lokal,regional və qlobal şəkildə inkişaf edə bilərlər. Məsələn: Aşaği Kür Çökekliyinde,Baki Arxipelaqinda, Abşeron Balxanyani Meqayəhərində lokal miqyasli tektonik sürüşmə müşahide edilir.Regional miqyasda ise Cənub Xəzərin Mərkəzi hissəsini Baki Arxipelaqindan ayiran submeridional istiqamətdə Şah Əzizbəyov yarilmasini, Sanqaçal Aqurçinskidən yuxardaki yarilmanin şimaldaki Davami Regional sol sürüşme kimi özünü büruze verir
Qlobal sürüşməyə isə Transform qirilmalarini misal göstərmək olar. Bu qirilmalar rift qırilmalarini enine mürəkkəbləşdirərək onlari seqmentləşdirirlər. Amplitudu bir neçe 10 km dən bir neçə 100 km qədər ola bilər. Sakit okeanda inkişaf etmiş bir sira Transform qirilmalardan bezilerinin Amplitudu.Meselem Mendasinadaki 1000 km catir. Lakin bunlar artiq sönüblər.
Fəal Tektonik sürüşməyə Şimali Amerikanin Kaliforniya Ştatindaki San Andreos qirilmasini göstərmək olar. Onun amplitudu 500 km qədərdir
Dostları ilə paylaş: |