Qırışığın hündürlüyü – Eyni layın eyni səthi üzrə antiklinal ilə yanaşı olan sinklinalın şarnirləri arasında qalan ən qısa şaquli məsafəyə qırışığın hündürlüyü deyilir.
Qırışığın eni – antiklinal ilə yanaşı olan sinklinalların oxları arasındakı ən qısa üfüqi məsafəyə antiklinal qırışığın eni deyilir.
Sinklinalın eni – sinklinal ilə yanaşı olan antiklinalların oxlar arasındakı ən qısa üfüqi məsafəyə sinklinalın eni deyilir.
Qırışığn uzunluğu – Qırışığın periklinal (sentriklinal) qurtaracaqları arasındakı ən qısa üfüqi məsafəyə qırışığın uzunluğu deyilir. Yaxud qırışığın şarnirinin iki undulyasiya arasında qalan ən qısa üfüqi məsafəyə onun uzunluğu deyilir.
İmtahan suallaır: 1. Layların qırışıq yatım formaları və tam qırışıq
Ədəbiyyat
1.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
2.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
3.Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
4.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
5.Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
6.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
7. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
Mühazirə 11
Adı: Qırışıqların forma və vəziyyətinə görə təsnifatı
Tarix: 30. 11. 2021
Plan: 1. Qırışıqların elementlərinə görə təsnifatları
2. Duz və gil diapirləri
3. Qırışıqəmələgəlmə mexanizmlərinin növləri
Qırışıqların morfoloji təsnifatı, onların bu və ya digər elementlərinə əsaslanır. Bu baxımdan Yer qabığında rast gəlinən bütün qırışıqlar aşağıdakı siniflərə bölünür:
1)Qırışıqların ox səthinin vəziyyətinə görə təsnifatı—Bu təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə ayrılır:
1.1) Simmetrik yaxud düz qırışıq. Bu növ qırışıqda ox səthi γ =86-90̊ bucaq altında yatır.Qanadlar əks istiqamətdə eyni və yatəqribən eyni bucaq altda yatırlar. α≈α1
1.2) Çəp qırışıq.Burada ox səthi 10̊<γ<86̊ arasında yerləşir. Qırışığın qanadları əks istiqamətdə müxtəlif bucaq altında yatırlar.
1.3) Aşırılmış qırışıq – Ox səthi 10̊<γ<86̊ arasında yerləşir, qanadlar eyni istiqamətdə meyl edirlər. α≠α1
1.4) Yatıq qırışıq – Qanadlar eyni istiqamətdə meyl edirlər.Ox səthinin yatım bucağı 0̊≤γ≤10̊ arasında yerləşir. α>α1
1.5) Çevrilmiş qırışıq-Bu növ qırışığın ox səthi qövsvarişəkildə olur. Eyni qanadda laylar əks istiqamətdə yata bilər.
Ayrılmış, yatıq, çevrilmiş qırışıqların bir qanadında (bükülmüş) laylar çevrilmiş yatıma malik olurlar.Nisbətən qədim laylar cavan layların üstündə yatırlar.
Təsnifata aid olan qırışıqların hamısı geosinklinal ərazilərdə inkişaf edirlər. Platformalarda isə yalnız düz və çəp qırışıqlar inkişaf edir.
2)Qırışma bucağına və Tağ formasına görə qırışıqların təsnifatı—Bu təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə bölünürlər:
2.1) İti bucaqlı qırışıq. Burada qırışığın qırışma bucağı <86̊ olur.
2.2) Düzbucaqlı qırışıq—burada qırışma bucağı 86-90̊ arasında olur.
2.3) Kor bucaqlı qırışıq. Burada qırışma bucağı 90-180̊ arasında olur.
2.4) Qutuvarı, sandıqvarı qırışıq. Bu növ qırışığın tağı yastı, qanadlar nisbətən dik olar. En kəsiyində qutu, sandığa oxşadığından bu adı daşıyır.
Bu təsnidata aid olan qırışıqlardan iti, düz, kor bucaqlı növləri geosinklinal ərazidə inkişaf edə bilərlər. Platformalarda isə düz, kor bucaqlı və sandıqvari qırışıq növləri səciyyəvidir.
3) Qanadların qarşılıqlı vəziyyətinə görə qırışıqların təsnifat.
3.1) Düz yaxud simmetrik qırışıq. Bu növ qırışıqda qanadlar əks istiqamətdə eyni bucaq altında yatırlar.
3.2) İzoklinal qırışıq. Bu növ qırışıqlarda qandlar eyni bucaq altında və eyni istiqamətdə yatdığından onlar biri-birinə paralel olurlar. Yəni qanadları bir-birinə paralel olan qırışıqlara izoklinal qırışıqlar deyilir.
3.3) Yelpikvari qırışıq. Burada qanadlar ox səthi istiqamətində və ox səthi üzərində biri-birinə əks istiqamətdə yatır. Yelpikvari qırışığın başqa bir növü nüvəsi boğulmuş yelpikvari qırışıqdır . Burada qırışığın nüvəsi qanadlarda o dərəcədə sıxılmış olur ki, yuxarı hissəsi əsas kütlədən ayrılmış olur
Bu təsnifata aid olan qırışıqların hamısı geosinklinal ərazilər üçün səciyyəvidir. Platformalarda isə yalnız düz qırışıqlar olur.
4) Eninin uzununa nisbətinə görə qırışığın təsnifatı.Bu təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə ayrılır:
4.1) İzometrik qırışıqlar-Burada qırışığın eninin uzununa olan nisbəti = ÷ dəyişir. Burada şarnir adətən qövsvari əyilmiş olur. Qırışıqlar izometrik olduqlarından onlarda qanad və periklinal kimi elementlər seçilmir. Onların əvəzinə qırışığın yamacları anlayışı istifadə edilir.
4.2) Braxiformalı qırışıqlar-Qırışığın eninin uzununa olan nisbətin = ÷ arasında olarsa belə qırışıq braxiqırışıq adlanır. Bunlar iki yarımnövə bölünürlər
4.2.1) Qısa braxi qırışıqlar . Bunlarda = ÷ arasında dəyişir.
4.2.2) Uzun braxi qırışıqlar adlanır. = ÷
4.3)Xətti uzanmış qırışıqlıq.
Hamısı geosinklinal ərazilər üçün səciyyəvidir. Platformalarda isə əsas inkişaf tapan izometrik və qısa braxi formalı qırışıqlardır. Nadir hallarda xətti uzanmış qırışıqlarda iştirak edir, bu zaman qurtaracaqları geosinklinallarda inkişaf etmiş xətti uzanmış qırışıqlar kimi iti yox , kəsilmiş formada olar. Səbəbi, platformalarda lokal qalxımların formalaşması kristallik bünovrənin bu və ya digər qaymasının qalxması ilə əlaqədardır. Bunların qurtaracaqları isə şiş olmur.
5) Layların tağda və qanadlardakı qalınlıqlarına görə qırışığın təsnifatı;
Bu təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə bölünürlər.
5.1) Konsentrik yaxud izopak qırışıqlıq; a=b; bu təsnifatda əsasən qırışıqlar aşağıdakı növlərə bölünür, konsentrik və ya izopak olur.
5.2) Oxşar anizopak qırışıqlıq. Bunlarda layların qalınlığı tağda və dibdə qanadlara nisbətən daha böyük olur. Bu səbəbdən də, bu qırışıqlar anizopak yəni qeyri-bərabər qalınlıqlı qırışıqlar adlanır.
5.3)Tağı nazilən qırışıqlar. Burada layların qalınlığı qanaddan tağa doğru azalır. Bəzən pazlaşır. Bunlar yalnız + işarəli olurlar.
Bu növ qırışıqlar çöküntü toplanma ilə eyni vaxtda inkişaf etdiyindən konsedimentasion qırışıqlar adlanır.
Bu növ qırışıqlar aşağıdakı xüsusiyyətlərə malik olurlar. Layların qalınlığı qanadlardan tağa doğru azalması. Qanadlardan tağa doğru fasiyanın kobudlaşması. Fasiya dedikdə süxurun paleocoğrafi, paleobioloji, litoloji formalaşma şəraiti nəzərdə tutulur.Yəni çöküntü hissəciklərinin ölçülərinin qanadlardan tağa doğru artması. Qanadda karbonatlı fasiyanın pelitə, peliyin alevritə, tağda isə psammitə keçməsi. Bu baxımdan daşduz, gips, anhidrit, hemogen mənşəli süxurlar yüksək plastikliyə malikdirlər.
Dostları ilə paylaş: |