MühaziRƏ 1 FƏNNİn məQSƏd və VƏZİ­FƏLƏRİ. ƏDƏBİ-BƏDİİ ƏSƏRLƏRİn redaktəSİ



Yüklə 42,22 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü42,22 Kb.
#45429
1   2   3   4   5   6   7   8
muhazire 1-2-3

Üslub (stil) sözünün lüğəvi mənası üsul, tərz deməkdir. Ancaq ədəbiyyatşünaslıqda və incəsənətdə üslub, stil daha geniş anlayışı ifadə edir. Üslub müxtəlif sənət adamlarının yaradıcılığında özünü göstərən fərdi, fərqləndirici sənətkarlıq komponentlərinin vəhdəti nəticəsində əmələ gəlir.

Dilçilik baxımından qruplaşdırılan hər bir üslubun - rəsmi-əməli, elmi, publisistik, bədii üslubun özünəməxsus xüsusiyyətləri vardır. Bütün yazıçılar öz əsərlərini bədii üslubda yazırlar. Bədii üsluba məxsus bütün keyfiyyətləri onların yaradıcılıq nümunələrində asanlıqla müşahidə etmək mümkündür. Ancaq bütün bunlara baxmayaraq, hər bir sənətkarın da özünəməxsus fərdi üslubu vardır. Bu baxımdan bədii üslubun daxili strukturu zəngin, rəngarəngdir.

Geniş mənada üslub bədii metod anlayışına yaxındır, bəzən eyniyyət təşkil edir. Nəzəriyyə kitablarında romantik üslub, realist üslub sözlərinin işlədilməsi də bu deyilənləri təsdiq edir. Müxtəlif ədəbi cərəyanları, ədəbi məktəbləri təmsil edən sənətkarların üslubu arasında da bir yaxınlıq olur. Ancaq bütün bu ümumi cəhətlərə baxmayaraq, hər bir sənətkarın özünəməxsus yazı manerası, fikrini ifadə etmə üsulu vardır. Özü də bu üsul əvvəlcədən hazırlanıb, bədii əsər yazarkən tətbiq olunmur, yaradıcılıq prosesi zamanı yavaş-yavaş özünü göstərir, formalaşıb sistem halını alır.

Bütün sənətkarların özünəməxsus fərdi üslubunun olmasını nəzərdə tutan Qabriel Qarsia Markesin fikrincə, hər bir yazıçı bütün ömrü boyu yalnız bircə kitab yazır.



Bədii əsərdə adi bədii təsvir vasitələrindən, detaldan, ştrixdən tutmuş kompozisiyaya qədər bütün elementlərin vəhdəti sənətkarın üslubunu formalaşdırır. Yazıçılar eyni konkret mövzuda, hətta eyni süjet əsasında əsərlər yazsalar belə, onların üslub fərdiyyəti asanlıqla bir-birindən seçilir. Qələm sahiblərinin üslub fərdiyyəti özünü eyni ilə onların digər əsərlərində də göstərir. Elə buna görə də fərdi üslub sənətkarın bir əsərini digər əsərləri ilə müqayisəli şəkildə araşdırmağa imkan verir. Bədii metod sənətkarlan bir-birinə yaxınlaşdırırsa, fərdi üslub onları əhəmiyyətli dərəcədə ayırır, fərqləndirir. Sənətkarların fərdi yaradıcılq üslubları heç də bədii metoddan az əhəmiyyət kəsb etmir. Yazıçının, şairin, dramaturqun müntəzəm, sistemli şəkildə bu və ya digər əsərlərində istifadə etdiyi bütün bədii təsvir üsullarının, forma elementlərinin vəhdəti onun bədii üslubunu yaradır. 
Yüklə 42,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin