MühaziRƏ 1 FƏNNİn məQSƏd və VƏZİ­FƏLƏRİ. ƏDƏBİ-BƏDİİ ƏSƏRLƏRİn redaktəSİ



Yüklə 42,22 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü42,22 Kb.
#45429
1   2   3   4   5   6   7   8
muhazire 1-2-3

Hazırlıq mərhələsi – planlaşdırmadan əlyazmanın nəşriyyata qəbuluna qədər;

  • Redaksiya mərhələsi – əlyazmanın qəbulundan istehsalata təhvil verilməsinə qədər;

  • İstehsalat mərhələsi – kitabın çapı;

  • Kitabın yayımı və təbliği

    Kitab nəşri kifayət qədər çətin və sistemli yaradıcılıq işi tələb edir. Ona qarşılıqlı əlaqə və bir-birindən asılı olan elementlərin yekunu, məcmusu kimi baxmaq lazımdır. Nəşrin əsasını əsər və məlumat aparatı təşkil edir. Əsərin ən önəmli tərəfi məzmunlu, dolğun çalarlı elementlərdən təşkil olunmuş, əsərin məzmun və janrından, ədəbiyyatın növündən asılı olaraq müxtəlif struktura malik ola bilən mətndir. Əsərdə mətnlə yanaşı mətndən kənar ele-mentlər – illüstrasiya, cədvəl, formul, diaqramlar da yer ala bilər.

    Kitabın aparatı nəşri digərlərindən fərqləndirmək, məzmunu tez və problemsiz müəyyən etmək, mətni tamamilə oxumadan lazımi informasiyanı tapmaq, nəŞrin mövzusuna uyğun əlavə məlu-mat əldə etmək üçün lazımdır. Nəşrin aparatına buraxılış məlumatları, annotasiya və ya referat (elmi nəşrlərdə), mündəricat (içindəkilər), biblioqrafik elementlər, müxtəlif xarakterli göstəricilər (indeks), şərhlər, qeydlər daxildir. Aparatın tərkibi və onun dolğunluğu nəşrin növü ilə müəyyən olunur. Beləliklə, nəşrə bütövlükdə çətin, ancaq yaxşı təşkil olunmuş informasiya sistemi kimi baxmaq olar.

    Kitabın nəşrə hazırlanmasında redaktorla bərabər korrektor, kompüter operatorları, texniki redaktorlar, rəssam və dizaynerlər, poliqrafçılar və başqa mütəxəssislər iştirak edir.

    Redaktor bütün iş boyu professional metoddan – redaktor analizindən istifadə edir. Belə ki, o, oxucu tələbatını təhlil edir və qiymətləndirir, əsər sifariş verəcək müəlliflər axtarır və s.

    Redaktor öz nəşriyyatının profilinə uyğun olan kitabların çapı və kitab ticarəti haqqında məlumatlı olmalıdır. Bunun üçün müasir Şəraitdə müxtəlif mənbələr (kataloq və internet resursları) mövcuddur. Əgər konkret nəşr üçün ortaya sual çıxıbsa, redaktor yenidən kitab axınını, kitab bazarını, oxucu tələbatını öyrənir.

    Toplanmış informasiya müəllif əsərinin ideyası, planı ilə müqayisə edilir və beləliklə, nəşrin ideyası yaranır. Bundan əlavə, gələcək nəşrin tipoloji cəhətləri də nəzərə alınmalıdır: oxucu auditori-yası, informasiyanın xarakteri və təyinatı.

    Redaktor topladığı ilkin informasiyalarla nəşrin konsepsiyasını işləmək və formalaşdırmaq imkanı əldə edir. Konsepsiya vasitəsi ilə redaktorun nəşr üzərində yaradıcı işi müəyyən olunur:


    • plan-prospektin işlənməsi- Plan-prospekt nəşriyyat işində müəllifin çap olunacaq gələcək əsərinin adı, mövzusu və qısa icmalını əhatə edən sənəddir.

    • nümunə üçün gələcək əsərdən fraqmentin yazılması;

    • müəllif orijinalının qiymətləndirilməsi və onun təkmilləşdirilməsi;

    • konsepsiyanın işlənməsi – əsərin illüstrasiyalaşdırılması və kitabın tərtibatı;

    • nəşrin modelinin hazırlanması;

    • nəşr elementlərinin sistemləşdirilməsi;

    • nəşriyyat orijinalının formalaşdırılması;

    • tirajın təyin edilməsi mərhələsində və çap zamanı kontrol-analitik iş.

    Nəşrin konsepsiyasının işlənməsi redaktor tərəfindən həyata keçirilən əsas yaradıcı işdir. Konsepsiya yaratmaq nəşrin modelini formalaşdırmaq üçün əsas və layihə hazırlamaqdır. Konsepsiya nəŞrin redaktor hazırlığının bütün prosesi üçün metodoloji əsasdır. Onun əsasında əsərin spesifikası nəzərə alınaraq nəŞrin modeli hazırlanır.

    Nəşrin ümumi, ən mühüm modeli özündə nəşrin mahiyyətini açmaq üçün vacib olan ümumiləşdirilmiş cəhətləri cəmləşdirməlidir. Buraya aşağıdakıları aid etmək olar: funksional təyinat; oxucu ünvanı; informasiyanın xarakteri və konstruksiyası.

    Əlbəttə ki, təcrübədə konkret nəşrin xarakteristikası yalnız qeyd olunanlarla məhdudlaŞmır və bunu redaktə zamanı hər bir nəŞr üçün ayrılıqda nəzərə almalıdır.

    Nəşr üzərində işə müəllif orijinalının redaktə edilməsi ilə başlamaq lazımdır. Nəşrin mahiyyəti, məzmunu təkcə əsərin məzmunu ilə müəyyən olunmur, ona nəŞri təşkil edən elementlərin məcmusu da təsir edir.

    Nəşrin strukturunun və tərtibatının formalaşdırılmasının ümumi mənası ondan ibarətdir ki, nəşr daxili və xarici baxımdan özünün funksional təyinatına, oxucu auditoriyasına, informasiyanın xarakterinə və istifadə şərtlərinə cavab verən bütöv, tam əsər şəklinə salınsın. Hər bir müəllif orijinalı özünəməxsus keyfiyyətlərə, xüsusiyyətlərə malikdir.

    Kitabşünaslıqda əsas tipoloji kateqoriyalardan biri də nəşr növləri hesab olunur. QOST – 7.60-90 nəşr növlərinə görə qrup formalaşdırmaq üçün aşağıdakılar standartlaşdırılmışdır: məqsəd təyinatı; informasiyanın analitik işlənmə dərəcəsi; informasiyanın təbiəti və xarakteri; maddi konstruksiyası; həcmi; əsas mətnin düzümü; dövrilik; struktur

    Adı sadalananlar arasında elələrini seçmək lazımdır ki, bütün nəşrlər üçün ümumilik təşkil etsin. Bu məqsəd təyinatıdır. Hansı ki, mahiyyətcə nəşrin funksional rolunu və informasiyanın xarakterini cəmləşmiş şəkildə əks etdirir. Bu və ya digər cəhətlər nəşrin həcmi, informasiyanın əlamətləri və s. asılı olmayaraq nəşri xarakterizə edir.

    Kitabların tiplərə bölünməsinin əsasında nəşrin məqsəd və oxucu təyinatı durur. Kitabların oxucu təyinatı dedikdə, həmin ədəbiyyatın müəyyən oxucu qrupu üçün yaradıldığı başa düşülür. Oxucu təyinatına görə kitabların bölgüsü yaranır. Bu bölgünün əsasını oxucunun yaşı, sənəti və ixtisası təşkil edir. Məzmununa görə təsnifləşdirilmiş ədəbiyyat növlərinin hər biri məqsəd və oxucu təyinatına görə bir neçə tipi özündə birləşdirir.

    Bilik sahələri üzrə təsnifat ədəbiyyatla müvafiq elm və texnika sahəsini müəyyənləşdirməyə imkan verdiyi kimi, kitabların tiplərə bölünməsi də kitabları məqsəd istiqaməti üzrə təsnifləşdirməyə imkan verir.

    Məqsəd və oxucu təyinatından, yerinə yetirdiyi funksiyadan, məlumatın həcmi və xarakterindən, nəşrin məzmunundan, tərtibat və nəşrin formasından və s. asılı olaraq kitab növündə olan nərşlər tiplərə bölünür. Kitabın aşağıdakı tipləri vardır:



    • Elmi ədəbiyyat və yaxud elmi kitablar;

    • Bütün təlim növləri üzrə tədris ədəbiyyatı və yaxud tədris kitabları;

    • Istehsalat və təlimat ədəbiyyatı və yaxud istehsalat və məlumat kitabları;

    • Soraq-məlumat ədəbiyyatı;

    • Rəsmi sənəd ədəbiyyatı;

    • Elmi-kütləvi ədəbiyyat.

    Bu kitab tiplərindən hər birinin öz oxucusu vardır. Başqa sözlə kitabın məqsəd və oxucu təyinatı hər bir kitab tipinin öz oxucusu formalaşdırır, inkişaf etdirir, onların sorğu və tələbatlarının ödəməyə istiqamətləndirir.

    Kitab tiplərindən birincisi elmi ədəbiyyatdır. Elmi ədəbiyyatda elmi və texniki nailiyyətlər, ixtiralar, mülahizələr, nəzəriyyələr, müxtəlif elmi prinsiplər, metodlar, görüşlər, elmi tədqiqatların və eksperimentlərin metodikası və s. öz əksini tapır. Elmin inkişaf səviyyəsi, istiqaməti, tədqiqatların mövzusu və əldə edilən nəticələr elmi ədəbiyyatda verilir. Habelə elmi ədəbiyyatda elmin qarşısında duran vəzifələr, işlənmiş və işlənməyə, tədqiq olunmağa ehtiyacı olan problemlər və s. öz əksini tapır.

    Kitab tipləri içərisində mühüm yer tutan elmi ədəbiyyat tarixən ilkin yaranan kitab tipidir. Kitabın bütün başqa tiplərinin mövzusu, məzmunu, səviyyəsi və xarakteri elmi ədəbiyyatın vəziyyəti ilə müəyyənləşir. Elmi ədəbiyyatın böyük əksəriyyəti görkəmli alimlərin əsərləri külliyatı, çoxcildli əsərlər, seçilmiş əsərlər, ayrı-ayrı əsərlər, məcmuələr şəklində çapdan buraxılır. Əsərlər külliyatı, seçilmiş əsərlər akademik nəşrlər şəklində hazırlanır və çapdan buraxılır. Onu da qeyd etməliyik ki, bu mürəkkəb quruluşa malik olan külliyatlarda, yəni seçilmiş əsərlərdə, xüsusilə akademik nəşrlərdə yazıçının, şairin, alimin bütün ədəbi və elmi irsi, hətta əsərlərinin variantları, müxtəlif mövzulu məktubları və s. öz əksini tapır. Bəzən səhvən akademiyaların nəznində olan nəşriyyatların çap etdiyi kitabları akademik nəşr adlandırırlar.

    Konkret nəşr üzərində redaktor işinin forma və metodları bu nəşrin tipoloji xüsusiyyətlərindən asılıdır. Dövri nəşrlər müəyyən edilmiş vaxtda çıxan, standart formada tərtib olunan ardıcıl nömrələnmiş nəşrlərdir. Dövri nəşrlərin məqsədi müəyyən olunmuş müddət ərzində hər hansı oxucu qru-puna ünvanlanmış informasiyanın operativ şəkildə yayılmasından ibarətdir. Dövri nəşrlərin fasiləsiz sürətdə çıxması real gerçə-kliyi daim və ardıcıl olaraq təsvir etməyə imkan yaradır.

    Dövri nəşrlər gündəlik, həftəlik, aylıq, rüblük kimi zaman intervalında çap olunur. Dövri nəşrlərin aşağıdakı növləri vardır:

    Qəzet - müəyyən edilmiş vaxt intervalı ilə çıxan, rəsmi materialı əhatə edən aktual, siyasi, elmi və operativ dövri nəşrdir. Tipindən və təyinatından asılı olaraq, nəşr həftədə 1-7 dəfə müxtəlif tiraj və formatda çıxır. Qəzetlərin xüsusi buraxılışları olur.


    Yüklə 42,22 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin