Bədii obraz
Bədii əsərin kompozisiyası
Bədii mətni dəyərləndirmə meyarları
Bədii mətni redaktor təhlilinin əsas tələbləri
Bədii obraz həyatı, dövrün hadisələrini canlandırmağın, insan iradəsinə, duyğu və düşüncəsinə təsir göstərməyin xüsusi təfəkkür formasıdır. Bədii obraz əsərin ümumi ideyasının ifadəçisi kimi çıxış edir. İlk dəfə Hegelin estetikasında incəsənət obrazlı təfəkkür, düşüncə üsulu adlandırılmışdı r. Ədəbiyyatda obraz sözlərlə, dil vasitəsi ilə yaradı-lır. Ona görə obrazın spesifik təbiətinin təhlili dilin mənşəyi və mahiyyəti haqqında nəzəriyyə ilə qırılmaz surətd ə bağlıdır. Sivilizasiya sözləri terminləşdirməzd ən əvvəl uzun müddət onların obrazlılıq xassəsindən istifadə etmişlər. Ad sözlər obraz idi, konkret şeyin başdakı ünvanı idi. Yazı yaranmaqla ad sözlər predmetlər çoxluğunun işarə əvəzliyi oldular. Lakin yazılı dil ünvanlı ad sözlərə əsaslanan dünyanı təsvir və göstərmə üsulunu – ədəbiyyatı yaratdı.
Söz sırası kimi yaradılan ədəbi təsvirin xüsusiyyətlərd ən birincisi obrazın konkretlik iddiasıdır. Bədii obrazın unikallığının əsası onun təsvirinin faktiki xarakteridir. Bədii obraz və onun müəllifi həmişə konk-ret faktı təsvir etmək iddiasındadır. Bu obrazın həm obyekt, həm də proses formalarına aiddir. Hər halda mədəni ənənəyə görə bədii obrazın təsvir konkretliyinin səviyyəsindən və keyfiyyətindən asılı olmayaraq o, həmişə oxucu yaddaşları tərəfindən konkret kimi qəbul olunur. Bədii obrazın bu konkretlik iddiası və ənənəyə görə konkret kimi qavranılması ədəbiyyatın idraki funksiyasının əsasını təşkil edir. Dünyanı konkret obyektlər və ha disələr sırası kimi dərk etmək, bilmək, tanımaq qabiliyyəti dil bilgisinin və fərdlər tərəfindən dildən istifadənin əsasıdır. Şəxs adları çıxılmaqla obyekt adları bildirən sözlərin hamısı ümumi məfhumlardır: bu ümumi məfhum-ları bilmək, tanımaq və fərqləndirmək qabiliyyəti insan yaddaşının konkret şeyləri bilmə və tanıma qabiliyyətinə əsaslanır. Söz fərdin konkret şey kimi bildiyinə işarədir və ona görə sözün işarə təbiəti konkretlərlə bağ-lıdır, insanın fərdi yaddaşı isə onun gördüyü, təcrübədən bildiyi konkretlər sırasıdır.
Hər bir materialın redaktə olunması prosesində redaktor hər şeydən öncə müəllifin mövzu seçimini, bu mövzunun işlənməsi səviyyəsini və materialın ədəbi cəhətdən işlənməsini qiymətləndirməlidir. Redaktor müəllifin mövzu seçimini qiymətləndirərkən onun aktuallığına diqqət yetirir, bu zaman həll olunan məsələnin nəzəri və təcrübi əhəmiyyətini, orijinallığını, yeniliyini, habelə jurnalın profilinə uyğunluğunu nəzərə alır. Konkretlik elmi nəşrlərə münasibətdə irəli sürülən əsas tələblərdən biridir. Geniş, kifayət qədər konkret olmayan mövzu, onun dərindən işlənilməsini çətinləşdirir, oxucu ünvanının dəqiq müəyyənləşdirilməsi imkanlarını aradan qaldırır.
Məqalələrdə, xüsusilə elmi məqalələrdə təqdim olunan informasiyanın müxtəlifliyi, çoxcəhətliliyi səbəbindən redaktor onun qiymətləndirilməsinə fərqləndirici yanaşma nümayiş etdirməlidir. Hər bir faktın, hər bir elementin elmi, obyektiv izaha malik olması başlıca, əsas tələb olmalıdır.
Əsərin qurulması hər şeydən öncə onun məqsədli təyinatının yerinə yetirilməsini, çatdırılan informasiyanın oxucu tərəfindən asanlıqla və dəqiq qavranılmasını təmin etməlidir. Əsərin kompoziyası nəzərdən keçirilərkən onun tərkib hissələrə (giriş, əsas hissə və nəticə) ayrılması məqsədəuyğundur. Təbiidir ki, başlıca vəzifələrdən biri əsas hissənin qurulmasının qiymətləndirilməsindən ibarətdir. Onun həlli zamanı redaktor mətnlərin struktur xüsusiyyətlərini (təhkiyəvi, təsviri və mühakimələr üzərində qurul-muş) nəzərə almalıdır.
Janrından, həcmindən asılı olmayaraq məqalələri üç tərkib hissəyə ayırmaq olar: giriş, əsas hissə və nəticə.
Əsərin giriş qismi oxucunu materialı qavramağa hazırlamalıdır. Burada müəllif əsərin məzmununu, onun nəzərdən keçirilmə-sinin aspektlərini qeyd etməlidir. Redaktor bu hissənin yığcam halda əsərin əsas məzmununu təkrar etməməsinə nəzarət etməli-dir. Əsərin bu hissəsi oxucuda əsərə məqsədyönlü maraq oyatmalıdır.
Əsərin əsas hissəsinin vəzifəsi müəllif konsepsiyasını tam həcmdə əks etdirmək, əsərin məzmununu bütövlükdə açmaq, onun ideyasını gerçəkləĢdirməkdir. Bu struktur hissəsi predmet və yaxud hadisə haqqında material müəllifinin ifadə etdiyi tədqi-qatın təhlili və sintezi əsasında yeni biliyin formalaşmasına xidmət edir.
Əsərin nəticə qismi oxucu qavrayışının məntiqi və psixologi-yası baxımından zəruri olan sonluq rolunu oynayır. Burada araşdırmanın nəticəsinə yekun vurulur, əsas nəticələr qısaca və dürüst ifadə olunur, məsləhətlər verilir, məsələnin bundan sonra da araĢ-dırılmasının mümkün yolları göstərilir.
Əsərin strukturunun redaktor tərəfindən qiymətləndirilməsinin başlıca meyarları məzmunun ifadə olunmasının bütövlüyü, sistemliliyi, tələblərə uyğunluğu və əlaqəliliyidir. Tamlılıq meyarı əsərin strukturunun qiymətləndirilməsinin dialektik vəhdəti kimi yanaşılmasını, onların qırılmaz şəkildə və qarşılıqlı əlaqədə nə-zərdən keçirilməsini tələb edir. Bu baxımdan elmi məqalənin strukturu onu təşkil edən bütün komponentlərin vəhdəti, strukturun hər bir elementi isə bütövlükdə məqalənin bir qismi kimi təm-sil olunmalıdır. Bu prinsipin pozulması materialın ifadə olunmasında sistemsizliyə gətirib çıxarır.
Dostları ilə paylaş: |