MühaziRƏ 1 FƏNNİn məQSƏd və VƏZİ­FƏLƏRİ. ƏDƏBİ-BƏDİİ ƏSƏRLƏRİn redaktəSİ



Yüklə 42,22 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü42,22 Kb.
#45429
1   2   3   4   5   6   7   8
muhazire 1-2-3

Sistemlilik meyarı məqalənin vahid məntiqi strukturunu ayşdınlaşdırmaq, onun ayrı-ayrı fraqmentlərini sistemin qarşılıqlı əlaqədə və qarşılıqlı hərəkətdə olan elementləri kimi təqdim etmək imkanı verir. Həmin meyar ciddi qüsuru elmi məqaləni təĢkil edən müxtəlif elementlərin formal, mexaniki cəhətdən birləşdirilməsini görmək və vaxtında aradan qaldırmaq imkanı yaradır.

Uyğunluq meyarı bu və ya digər mətn fraqmentinin həcminin onun məna əhəmiyyətinə, dərk olunma həcminə uyğunluğunun müəyyənləşdirilməsini nəzərdə tutur. Bu prinsip əsərin strukturunu onun mətnin oxucu tərəfindən qavrayışı xüsusiyyətlərinə uyğunluğu baxımından qiymətləndirmək imkanı verir.

Bağlılıq meyarı materialın sistemləşdirilməsinin müəllif prinsipini, mətnin müxtəlif hissələrinin mütənasibliyinin xarakterini, müəllif tərəfindən seçilmiş ifadə olunma ardıcıllığının səmərəliliyini aydınlaşdırmaqda redaktora yardım edir.

Redaktor əsərin strukturu üzərində işləyərkən müəllifə materialın təqdim olunması ardıcıllığına, ayrı-ayrı fraqmentlərin nisbətinə dəyişikliklər etməyi təklif edə bilər. Düzəliş zamanı mətnin tipinin nəzərə alınması vacibdir. Əlyazmanın ədəbi səviyyəsi onun kommunikativ dəyəri, müəyyən üsluba və dil normalarına uyğunluğu mövqelərindən qiy-mətləndirilir.

Təhlil gedişində dil-üslub normalarının və üslubun müəllifə xas olan fərdi üsullarının pozulmasını fərqləndirmək lazımdır. Bu, redaktoru fərdi zövqlərinə uyğun olan düzəlişlərdən çəkindirər, müəllif ifadəsinin redaktor ifadəsi ilə əvəzlənməsi təhlükəsini aradan qaldırar.

Redaktə işində əsas tələblərdən biri dilin aydınlığına, dəqiqliyinə və yığcamlığına diqqət yetirməkdir. Dil və üslubun təhlili ədəbi redaktənin təcrübi üslubiyyətinin mühüm sahəsidir. Əsərin dilinin və üslubunun təhlilini təmin edən tələblərə riayət edən redaktor səhvə yol vermədən öz vəzifəsini yerinə yetirməlidir. A.E. Milçinə görə qeyd olunan tələblər aşağıdakılardır:



Birinci tələb- təhlili başlamadan öncə mətnin dilinin və üslubunun ümumi spesifik xüsusiyyətlərini müəyyənləşdirmək lazımdır. Redaktor əsərin dilinin və üslubunun xüsusiyyətlərini öyrəndikdə müəllifin stilistik priyomlarını, leksik və sintaktik aludəliyini, ona xas olan səhv və xətaları dərk etdikdən sonra mətnin üslubuna məntiqi cəhətdən düşünülmüş, məqsədyönlü şəkildə tənqidi yanaşa bilər. İkinci tələb-üslubiyyətin qiymətləndirilməsi, dəyişikliklər, qeydlər edilməsi zamanı subyektivlikdən uzaqlaşmaqdır. Üçüncü tələb- normativ üslubiyyətin tövsiyə və qaydalarından istifadə zamanı ehtiyatlılıq və diqqətlilikdir. Dördüncü tələb- tipik normativ üslubiyyət səhvlərini duymağa və onları ləğv etməyə yardımçı olan təhlil üsullarını bilmək, həmin üsul və vərdişləri inkişaf etdirmək lazımdır.

Söz sırası kimi yaradılan ədəbi təsvirin xüsusiyyətlərdən birincisi obrazın konkretlik iddiasıdır. Bədii obrazın unikallığının əsası onun təsvirinin faktiki xarakteridir. Bədii obraz və onun müəllifi həmişə konkret faktı təsvir etmək iddiasındadır. Bu obrazın həm obyekt, həm də proses formalarına aiddir. Hər halda mədəni ənənəyə görə bədii obrazın təsvir konkretliyinin səviyyəsindən və keyfiyyətindən asılı olmayaraq o, həmişə oxucu yaddaşları tərəfindən konkret kimi qəbul olunur. Obrazlar isə faktı, konkret obyekti tanıd ır və təqdim edir. Həm də belə tanıtma sözlə aparıldığı üçün obrazda da sözə məxsus təcrid vardır. Yəni obrazın konkretliyi heç zaman mütləq deyildir, çünki onun konkretliyi sözün təsvir, göstərmə və işarələmə xassəsinin imkanları ilə məhdudlaşır.




Yüklə 42,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin