Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"



Yüklə 0,95 Mb.
səhifə27/44
tarix29.04.2023
ölçüsü0,95 Mb.
#104595
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
C fakepathmu hazir struktur

Məhsulun markası


Il

Miqdarı (min ton)

AI-83

2003

19

AI-83

2004

25

AI-83

2005

27

AI-93

2003

32

AI-93

2004

35

AI-93

2005

36

AI-95

2004

15

AI-95

2005

16


b)


Məhsulun markası


2003

2004

2005

AI-83

20

25

28

AI-93

30

35

37

AI-95

Nul

15

17

Şəkil 6.3. Verilənlərin relyasiya (a ) və çoxölçülü (b) təsviri


Verilənlərin statikliyi verilənlərin və onlar arasındakı əlaqələrin yüksək səviyyədədəyişməzliyini və onların vaxtla baclılıcını nəzərdə tutur. Verilənlərin statikliyi onların emalında xüsusiləşdirilmiş, saxlam a, yükləmə seçmə və indeksləşdirmə metodlarından istifadə etməyə imkan verir.


Verilənlərin aqreqatlaşması-onların müxtəlif səviyyələrdə ümumiləş-dirilməsinə imkan verməkdeməkdir. Təqdim edilən informasiyanındetallaşdırılmadərəcəsi müxtılif informasiya sistemlərində istifadəçinin səviyyəsindən asılı olur, məsələn: istifadəçi- rəhbər , istifadəçi-operator, istifadəçi-analitik, istifadəçi-idarəedici.
Verilənlərin təsviri və emalı zamanı onların strukturunun çoxölçülü məntiqi təsviri - verilənlərin modelinin çoxölçülüyüdeməkdir. Relyasiya modeli ilə müqayisədə verilənlərin çoxölçülü təşkilidaha artıq əyaniliyə və informativliyə malik olur. Nümayiş üçün şəkil 6.3-də neftayırma zavodunda illər üzrə məhsul istehsalına aid eyni verilənlərin relyasiya (a) və çoxölçülü (b) modellərlə təsviri göstərilmişdir.

Əgər iki ölçüdən daha artıq çoxölçülü modeldən söhbət gedirsə, informasiyanın vizual olaraq çoxölçülü obyektlər formasında (üç,dörd vədaha böyük ölçülü hiperkublarla) təsviri vacibdeyil. Belə hallarda istifadəçiyə yalnız ikiölçülü qrafiklər və ya cədvəllərlə işləməkdaha əlverişlidir. Bu zaman verilənləri müxtəlifdetallaşdırmadərəcəsi ilə hazırlanan «kəsiklər»lə təsvir etmək olar.
Verilənlərin çoxölçülü modellərinin əsas anlayışlarına baxaq.
Ölçü (Dimension)-hiperkubun bir üzünü təşkil edən eyni tipli verilənlər çoxlucudur. Ən çox istifadə edilən zamanla əlaqəli ölçülərinə misal olaraq Günləri, Ayları, Kvartalları və Illəri göstərmək olar. Cocrafi ölçülər kimi Rayonlar, Şəhərlər, Ölkələr, Ərazilər geniş tətbiq olunur. Çoxölçülü modeldə ölçü hiperkubun xanalarındakı konkret qiymətləri təyin edən indeks rolunu oynayırlar.
Obyektyönümlü model

Obyektyönümlü proqramlaşdırmadillərindəki uycun vasitələrə VB-nin yazıları ilə onların emalı funksiyaları arasında oxşar mexanizmlərin köməyilə qarşılıqlı əlaqələr qurulur. Obyektyönümlü model ilə verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin etmək mümkün olur.


Obyektyönümlü model Objectdatabase Management Group-93 (ODMG) - Obyektyönümlü verilənlər bazasının idarə olunması üzrə qrup standartının tövsiyyələrində standartlaşdırılmış olaraq şərh olunur. ODMG-93 standartının tövsiyyələrini tam şəkildə reallaşdırmaq hələ ki mümkün olmamışdır. Obyektyönümlü modelin ideyalarını dəqiq nümayiş etdirmək üçün obyektyönümlü VB-nin sadələşdirilmiş modelində iş prinsipinə baxaq.
Qrafiki olaraq hər bir təpəsi müxtəlif obyekt olan acac köməyi ilə obyektyönümlü VB-nin strukturunu təsvir etmək mümkündür. Obyektlərin xassələri isə hər hansı mövcud standart tiplə (məsələn, String- sətir) və ya istifadəçi tərəfindən «class» (sinif) kimi təyin edilə bilən bir obyekt tipi ilə təsvir olunur.
«String» tipli belə xassənin qiyməti simvollardan ibarət bir sətr ola bilər. Uycun sinfin nüsxəsi olan obyekt «Class» tipli xassənin qiymətidir. Həmin obyekt Class-da göstərilən bütün xassələrə malik olan obyektin törəməsi, oxşarı hesab olunur. Hər bir obyekt – yəni sinfin nüsxəsi öz sinfinə mənsub olub, bir valideyn sinfə malikdir. Obyektlərin iyerarxik əlaqələri VB-də cədvəllərin qohumluq munasibətlərini təşkil edir.
Xarici görünüşünə görə obyektyönümlü VB-nin məntiqi strukturu iyerarxik VB-nin məntiqi strukturuna oxşayır. Onlar verilənlərin emalı metodları ilə fərqlənir. Polimorfizm, varislik inkapsulyasiya və mexanizmləri ilə gücləndirilmiş məntiqi əməliyyatlardan obyektyönümlü VB-nin verilənlərinin emalında tətbiq olunur. Müəyyən məhdudluqlarla SQL operatorlarına oxşar əməliyyatlarda tətbiq edilə bilər (məsələn, VB-nin yaradılması üçün).
VB-nin yaradılması və modifikasiyası, verilənlərin axtarışını sürətləndirmək üçün tətbiq edilən indeks cədvəllərinin avtomatik tərtib və təshih edilməsi ilə müşayiət olunur.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin