Binar ( ikilik ) ağac
Bu ağaclarda hər bir təpədən çıxan budaqların sayı ikidən çox ola bilməz. Formal şəkildə ikilik ağacı belə ifadə edirlər. ( T1, R, T2 ). Burada R – kök, T1 – sol yarım ağac, T2 – sağ yarım ağacdır.
Şəkil 4.5. Binar ağac
Göstərilən ağacvari strukturda açarların axtarışı çox vaxt aparır. Odur ki, səkildə onlardan praktikada istifadə olunmur. Praktikada əsas etibarilə nizamlanmış və balanslaşmış ağaclardan istifadə olunur.
Binar ağaclar üzərində sadə əməliyyatlar.
Əgər binar ağacın nd qovşağının göstəricisi p isə, onda info(p) funksiyası nd qovşağının məzmununu qaytarır. Left(p), right(p), father(p) və brother(p) funksiyaları müvafiq olaraq nd-nin qardaşının göstəricilərini qaytarır. Əgər nd sol oğul, sağ oğul, ata və ya qardaş qovşaqlarına malik deyilsə, onda bu funksiyalar boş göstərici qaytarır. Məntiqi left(p) və right(p) funksiyaları əgər nd müvafiq olaraq hər hansı qovşağın sol və ya sağ oğludursa həqiqi(true) qiyməti və əks halda yalan(false) qaytarır.
Binar ağacların təsvir olunması .
Cədvəl tip dəyişənlərin köməyi ilə binar ağacları Paskalda asanca reallaşdırmaq olar. Bunun üçün binar ağacın hər bir qovşağını aşağıdakı 4 elementin köməyi ilə təsvir edək.
Onda müvafiq Paskal təsvir operatorları belə yazılacaq:
Dostları ilə paylaş: |