Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Verilənlərin çeşidlənməsi və axtarışı



Yüklə 0,95 Mb.
səhifə30/54
tarix02.05.2022
ölçüsü0,95 Mb.
#56812
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
mühazirə struktur

Verilənlərin çeşidlənməsi və axtarışı
Çeşidləmə və axtarış verilənlər üzərində ən çox aparılan əməliyyatlardır. Bu əməliyyatların səmərəli alqoritmlərini yalnız verilənlər yaxşı strukturlaşdırıldıqda qurmaq mümkün olur.

Aşağıda baxılan metodlar yalnız əməli strukturlara tətbiq edilə bilər. Odur ki, həmin metodlara çox vaxt daxili çeşidləmə və axtarış metodları deyilir.


6.1. Çeşidləmə metodları
Çeşidlənən verilənlər istənilən əməli struktura malik ola bilərlər. Massiv, cədvəl, stek, növbə, dek, siyahı, ağac. Baxılan metodlar üçün hansı strukturlardan istifadə edilməsinin prinsipal əhəmiyyəti yoxdur. Əsas o götürülür ki, çeşidlənən verilənlər ardıcıl verilənlərdən ibarətdir. Hər bir element skalyar və ya yazı şəklində istifadə oluna bilər. Hər bir yazı açarla birmənalı təyin olunur.

Çeşidləmə əməliyyatı nəticəsində yazılar açarların qiymətlərinə görə nizamlı qaydada düzülür. Açar ədəd olduqda yazılar açarların qiymətlərinin artan və ya azalan ardıcıllığı ilə nizamlanır. Açar simvol tipli olduqda isə nizamlama adətən əlifba qaydası üzrə aparılır. Lakin bu halda da çeşidləmə əməliyyatı açarı təşkil edən simvolların kodlarına görə aparılır. Aşağıda baxılan metodlarda açarların ədəd tipli olduğu nəzərə alınır.

Baxılan metodların çoxunda çeşidlənmə zamanı yazılar cədvəlin bir yerindən digərinə köçürülür. Yazıların uzunluğu böyük olduqda bu əməliyyat baha başa gəlir. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə cədvəli əlaqələndirilmiş siyahı şəklində təsvir etmək və ya yazıların ünvan göstəricilərindən istifadə etmək olar.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin