6.2. Axtarış Metodları Verilmiş şərtlərə görə yazılar çoxluğundan müəyyən altçoxluğun tapılması prosesinə axtarış deyilir. Axtarış şərtləri belə qoyula bilər. Verilmiş əlamətlərin tam uyğunluğu, intervala görə, hesabi şərtlərə görə, semantik şərtlərə görə və ya bir neçə şərtə görə. Verilmiş axtarış əlamətinə görə strukturun elementləri içərisindən axtarış əlamətinə uyğun gələn bir və ya bir neçə element seçilir. Axtarış əlaməti kimi yazının nömrəsi və ya açarın qiyməti verilə bilər. Axtarış bir yazının tapılmasına qədər və ya strukturun bütün ele- mentlərinə baxıldıqdan sonra qurtarır.
Müxtəlif axtarış metodları axtarış sürətinə görə qiymətləndirilir. Axtarış sürəti isə müqayisələrin sayından asılıdır. Adətən müqayisələrin orta və maksimal sayı təyin edilir və bunun da əsasında bu və ya digər metodun səmərələliyi müəyyənləşdirilir.