1. Ağacdan yan keçmə.
2. Altağacın ləğv edilməsi.
3. Altağacın araya salınması.
Ağacdan yan keçməkdən ötrü aşağıdakı 3 prosedurları yerinə yetirmək lazımdır:
1.Ağac kökünün emalı.
2.Sol budağın emalı.
3.Sağ budağın emalı.
Bu prosedurların hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olaraq, 3 növ ağacdan yan keçmə mümkün olur:
1.Yuxarıdan aşağıya yan keçmə. Prosedurlar 1-2-3 ardıcıllığında yerinə yetirilirlər.
2.Soldan sağa yan keçmə. Prosedurlar 2-1-3 ardıcıllığında yerinə yetirilirlər.
3.Aşağıdan yuxarı yan keçmə. Prosedurlar 2-3-1 ardıcıllığında yerinə yetirilirlər.
Ağacdan yankeçmə istiqaməti şək.49-da verilmişdir.
Şək.Ağacdan yan keçmə istiqaməti
Şəkildən aşağıdakıları görmək olar:
A-B-C-E-D-F-G – yuxarıdan aşağı
C-B-D-E-F-A-G – soldan sağa
C-D-F-E-B-G-A – aşağıdan yuxarı
Qovşağa daxil olmağın hansı sayından sonra onun emala məruz qalmasından asılı olaraq, aşağıdakı 3 yan keçmələrdən biri həyata keçirilir:
-Əgər emal olunma qovşağa birinci dəfə daxil olduqdan sonra baş verirsə, onda bu yan keçmə yuxarıdan aşağıyadır,
-əgər ikinci dəfədən sonra baş verirsə - onda bu soldan sağadır,
-əgər üçüncü dəfə baş verirsə - onda bu aşağıdan yuxarıdır.
Dostları ilə paylaş: |