Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"



Yüklə 0,95 Mb.
səhifə16/54
tarix02.05.2022
ölçüsü0,95 Mb.
#56812
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
mühazirə struktur

Nizamlanmış ağaclar
Axtarışı asanlaşdırmaq və sürətləndirmək üçün ağacı nizamlayırlar. Nizamlanma hər bir səviyyədə açarların qiymətinin soldan – sağa azalma va artma ardıcıllığı ilə yerləşdirilməsi ilə əldə edilir.

Şəkil 4.6. Nizamlanmış ağac


Nizamlanmış ikilik ağacda axtarış.

Axtarılan açar baş təpədəki açarla müqayisə olunur . Əgər cavab müsbətdirsə, onda yazı tapılır və axtarış bitir. Əgər bərabərlik yoxdursa, onda açarların kiçik və ya böyük olması yoxlanılır. Əgər axtarılan açar saxlanan açardan kiçikdirsə, onda sol əks halda sağ göstərici seçilir. Sonrakı səviyyədə axtarış davam etdirilir. Əgər uyğun göstərici yoxdursa, (Ø) onda axtarış dayandırılır və axtarılan açarın ağacda olmaması haqqında məlumat verilir. [5]



Şəkil 4.7. Nizamlanmış ağacin fiziki strukturu

Ağaca yeni yazının, yəni yazıya uyğun açarın daxil edilməsi uçun əvvəlcə onun yeri müəyyən edilir, sonra həmin yer ondan əvvəlki uyğun təpə ilə əlaqələndirilir.

Yazının ağacdan silinməsi ən ağır və xoşa gəlməz əməliyyat hesab olunur. Belə ki, bir çox halda bu əməliyyatın aparılması üçün ağacı yenidən qurmaq tələb olunur. Əgər silinən təpə ağacın yarpağıdırsa, bu əməliyyat nisbətən sadə yerinə yetirilir. Bu halda silinən təpəyə keçid verən təpədəki uyğun göstərici sıfırla (Ø) əvəz olunur.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin