Qrafiki üsullar. Natamam analizin nəticələri məlum olduqda onları təsvir etmək üçün aşağıdakı qrafiki üsullardan istifadə edilir.
1. Rocers qrafiki. Bu qrafik bir-birinə paralel 3 şaquli sütundan ibarətdir. Birinci sütunda müəyyən miqyasla anionlar, üçüncü sütunda isə kationlar ekv %.-lə göstərilən ardıcıllıqla əks etdirilir. İonların ortadakı sütuna proyeksiyaları suyun tərkibində yarana biləcək həll olmuş hipotetik duzları göstərəcək. Suyun ümumi minerallaşma dərəcəsi (q/l-lə) birinci sütunun yanında müəyyən miqyasla göstərilir.