pH turş su − 1-3
zəif turş su − 4-6
neytral su − 7
zəif qələvi su − 8-11
qələvi su − 12-14
Suyun codluğu – Suda həll olmuş Ca2+ və Mg2+ ionlarının birləşmələri suyun codluq xüsusiyyətini müəyyənləşdirir. Üç cür codluq fərqləndirilir: ümumi, daimi və müvəqqəti. Əvvəllər codluq alman dərəcəsi ilə ifadə olunurdu və bu 1 l suda 10 mq CaO-un və 7,2 mq MgOun olması deməkdir. Müasir dövrdə codluq (alman, ingilis, fransız və keçmiş İttifaq dərəcələri üzrə) qəbul olunmuş 4 cədvəl üzrə ifadə edilir. Hazırda Azərbaycanda codluğun miqdarı 1 l suda milliqram ekvivalentlə (mq. ekv./l) ifadə olunur, hansı ki, 1 mq. ekv./l – 20,04 mq/l Ca və 12,16 mq/l Mg deməkdir. Alman dərəcəsini mq. ekv./l-ə çevirmək üçün onların miqdarını 2,8°-ə bölmək lazımdır, çünki, 1 mq. ekv/l Ca+Mg=2,8 alman dərəcəsinə uyğundur. Suyun tərkibində iştirak edən Ca və Mg ionlarının ümumi miqdarı ümumi codluq adlanır; hansı ki, öz növbəsində daimi və müvəqqəti (kənarlaşdırılan) codluğa ayrılır.
Müvəqqəti codluq dedikdə suyun tərkibində iştirak edən karbonat və hidrokarbonat ionlarının miqdarı nəzərdə tutulur ki, o da su qaynayarkən çöküntü şəklində çökür. Ümumi və müvəqqəti (kənarlaşdırılan) codluq arasındakı fərq daimi codluğu ifadə edir. Codluğa əsasən sular aşağıdakı kimi təsnif edilir:
Suların codluğa görə təsnifatı (O.A.Alyokin)
çox yumşaq sular – 1,5 mq. ekv/l-ə qədər yumşaq sular – 1,5-3,0 mq. ekv/l mülayim cod sular – 3,0-6,0 mq. ekv/l cod sular – 6,0-9,0 mq. ekv/l çox cod sular – > 9,0 mq. ekv/l
Dostları ilə paylaş: |