şirin sular – 1,0 q/l-dək,
şortəhər (şor) sular – 1-10 q/l,
duzlu sular – 10-50 q/l,
şoraba sular – >50 q/l.
Son illərdə yeraltı sular minerallaşma dərəcəsinə görə ən geniş yayılmış təsnifata əsasən aşağıdakı kimi təsnifləndirilir:
şirin sular – 1,0 q/l-ədək,
az minerallaşmaya malik sular – 1-3,0 q/l,
çox (güclü) minerallaşmaya malik sular – 3-10 q/l,
duzlu sular – 10-50 q/l,
şoraba sular – > 50 q/l.
2. Suyun qələviliyi və ya aktiv reaksiyası (pH). Yeraltı suların su təchizatı, irriqasiya və sənayenin müxtəlif sahələri üçün yararlılığı qiymətləndirildikdə sulu mühitin reaksiyasının müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Bütün sulu məhlullarda hidrogen və hidroksil ionları olur. Sular çox zəif də olsa aşağıdakı kimi dissosiasiyaya (parçalanma) uğrayır:
H2O ⇔ H+ + OH− .
Yeraltı sular pH-a görə aşağıdakı kimi təsnifata ayrılır:
Dostları ilə paylaş: |