Oksidləşmə-reduksiya potensialı (Eh) – bu göstərici dəyişkən valentli – Fe, Mn, V, Co, Ni, S və s. elementlərin oksidləşmə və ya reduksiya (bərpa olma) qabiliyyətini (intensivliyini) xarakterizə edir. Əsas oksidləşdirici atmosferin tərkib hissəsi olan oksigen (O2) hesab olunur. Oksidləşmə – elektronların verilməsi, reduksiya isə onların qəbul olunma prosesi adlanır, hansı ki, bir elementin oksidləşməsi, o biri elementin bərpası ilə müşayiət olunur.
Mühazirə 7
Yeraltı suların kimyəvi analizləri
Yeraltı suların kimyəvi tərkibinin və fiziki xassələrinin öyrənilməsi aşağıdakı məsələləri həlli etməyə imkan verir:
1.Müxtəlif tərkibli yeraltı suların əmələ gəlməsi və yayılması qanunauyğunluğunun öyrənilməsi;
2.Yeraltı suların içməli-təsərrüfat xidmətləri, müalicə, texniki və s. məqsədlər üçün yararlılığının qiymətləndirilməsi;
3.Yeraltı sular faydalı qazıntı yataqlarının (neft, qaz, mis və s.) axtarış kriteriyası kimi istifadə edildikdə;
4.Yeraltı sulardan yod, brom, bor və s. kimi mikroelementlərin alınmasının qiymətləndirilməsi.
Yeraltı suların kimyəvi tərkibini öyrənərkən onların minerallaşma dərəcəsi, fiziki xassələri və kimyəvi tərkibini müəyyənləş-dirən makrokomponentlərin təyini etmək başlıca məsələlərdən biridir. Bu məqsədlə hidrogeoloji tədqiqatlar zamanı su nümu-nələri götürülür və su keyfiyyətini düzgün qiymətləndirmək üçün kimyəvi analizlər həyata keçirilir. Bu analizlər aparılma şəraiti, təyinatın dəqiqliyi və analiz nümunələrinin sayı baxımından fərqli olaraq aşağıdakı növlərə bölünür:
1.Çöl
2.Natamam
3.Tam
4.Xüsusi
Çöl analizi-sadə analiz növüdür. Bu analiz çöl şəraitində icra olunur. Bu üsul rayonun yeraltı suları haqqında ilkin məlumatların əldə edilməsi üçün çoxlu analiz aparılması zamanı (hidrogeoloji planalma və axtarış mərhələsində) tətbiq olunur. Bu zaman aşagıdakı göstəricilər təyin olunur:
Cl, SO4, CO3, NO3, HCO3, Ca, Mg, Fe2+, CO2, H2S, O2, Na+K hesablanması, karbonat codluğu, ümumi minerallaşma, pH, suyun fiziki xassələri.
Bu növ analiz təyinatın dəqiqliyinə nəzarət etməyə imkan vermir.
Natamam analiz - Analizin bu növü stasionar laboratoriya şəraitində bir qədər dəqiq üsullarla həyata keçirilir. Bu zaman regional makrokomponentlərlə yanaşı (6 əsas ion) Fe3+, NH4+, NO2-, H2Si2O3, aqressiv CO2, ümumi codluq, quru qalıq və qələvilik (pH) təyin olunur. Natamam analiz zamanı təyinatın dəqiqliyi üzərində (çöl analizinin nəticələrinin ) nəzarət etmək mümkündür. Ona görə bu analiz növündən dəqiq axtarış və ilkin kəşfiyyat mərhələsində istifadə olunur. Natamam və çöl analizi üçün su nümunəsi 0,5-1,5 l həcmdə götürülür.
Tam analiz - tədqiqat sahəsinin yeraltı sularını daha dəqiq xarakterizə etmək üçün bu analiz üsulu tətbiq olunur (adətən dəqiq, nadir halda ilkin kəşfiyyat mərhələsində). Bu zaman daha dəqiq üsullardan, cihazlardan istifadə edilir, bütün makrokomponentlər (regional və lokal-NO3, Fe, Al), qələvilik (pH), ümumi və müvəqqəti codluq, suyun fiziki xassələri və quru qalıq təyin olunur. Bu növ analiz stasionar laboratoriya şəraitində aparılır.
Xüsusi analiz - Xüsusi analiz (spektral, radiokimyəvi və s.) xüsusi hidrokimyəvi tədqiqatlar zamanı tətbiq olunur. Öyrənilən rayonun mineral və sənaye suları, neft-qaz və digər faydalı qazıntı yataqları baxımından qiymətləndirilməsi lazım olduqda bu qısa analiz növündən istifadə olunur. Tam və xüsusi analiz üçün su nümunəsi 1-2 l həcmdə götürülür.
Dostları ilə paylaş: |