2. Ferrenin üçbucaqlar diaqramı. Bu diaqram hidrogeoloqlar tərəfindən geniş istifadə edilir. Burada bərabər tərəfli iki üçbucağın birində anionlar, digərində isə kationlar göstərilir. Bunun üçün iki ionun % ekv.-lə miqdarını bilmək kifayətdir. Anionlar aşağıdakı ardıcıllıqla üçbucağın təpə (uc) nöqtələrində yerləşdirilir, sonra üçbucağın tərəfində aniona uyğun (məsələn, HCO-a) miqdarı göstərən nöqtədən onun qarşısındakı tərəfə (yəni üçbucağın oturacağına) paralel xətt çəkilir. Sonra bu qayda ilə üçbucağın tərəfi üzərində sulfat anionun miqdarını göstərən nöqtədən SO anionu yerləşən təpənin qarşısındakı tərəfə paralel xətt çəkilir və bu iki xəttin kəsişmə nöqtəsi üçbucağın hidrokarbonat hissəsinə düşür (məsələn, A nöqtəsi) və o suyun tipini müəyyən edir. Bu üsul suyun tərkibindəki üçüncü ionun miqdarını da təyin etməyə imkan verir.