Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə40/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

2. Kondensasiya nəzəriyyəsi – Lakin yeraltı suların tamamilə infiltrasiya yolu ilə əmələ gəlməsini izah etmək mümkün deyil. Bəzi hallarda böyük su ehtiyatlarına malik yataqlara rast gəlirik. Bu yataqların atmosfer çöküntülərinin süzülməsi (infiltrasiyası) hesabına

əmələ gəldiyini söyləmək bir qədər çətinlik törədir. Məsələn: səhralarda, ümumiyyətlə quraqlıq sahələrdə, cüzi atmosfer çöküntüləri və yüksək buxarlanma şəraitində yeraltı sular infiltrasiya yolu ilə toplana bilməz. Lakin bu ərazilərdə də yeraltı sular yayılmışlar. Bu sulara kondensasiya suları deyilir, onların əmələ gəlməsi isə kondensasiya nəzəriyyəsi ilə izah olunur. Bu nəzəriyyə ilk dəfə alman hidroloqu O. Folqer tərəfindən (1877-ci ildə) irəli sürülüb. Bu nəzəriyyəyə görə yeraltı sular havadakı su buxarlarının torpaq qatı və süxurlara keçərək maye suya çevrilməsi yolu ilə yaranır (yəni rütubətin sıxlaşması nəticəsində). Daha sonralar rus alimi A.F.Lebedev eksperimental təcrübələrlə süxurlarda suların növlərini ayırd edərək yeraltı suların əmələ gəlməsində kondensasiyanın böyük əhəmiyyətə malik olduğunu sübut etdi. Ona görə kondensasiya yolu ilə yeraltı sular aşağıda göstərilən su növlərinin (su buxarı → hiqroskopik su → pərdəvari su → qravitasiya suyu) birinin digəri ilə əvəz olunması nəticəsində əmələ gəlir.




Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin