Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə42/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

4. Sedimentasiya nəzəriyyəsi – Bu nəzəriyyəyə əsasən yeraltı suların bir qisminin qədim su hövzələrində böyük qalınlığa malik çökmə süxurların toplanması (sedimentasiya) ilə əlaqədar yaranması irəli sürülür. Bu sular sedimentasiya, hərdən isə «basdırılıb-saxlanılmış» (relikt) sular adlanır. Bu sular yerləşdiyi süxurlarla eyni yaşlı olduqda onlara singenetik sular deyilir, bəzən isə sedimentasiya prosesindən sonra toplanır ki, bunlara da epigenetik sular deyilir. İlk dəfə laylarda «basdırılmış» yeraltı suların olması haqqında mülahizə 1908-ci ildə N.N.Andrusov tərəfindən irəli sürülmüşdür. «Basdırılmış» sular neftli-qazlı ərazilərdə geniş yayılmışdır. Bu sular yüksək minerallaşmaya malik olaraq kimya sənayesi üçün xammal kimi və müalicəvi mineral su kimi əhəmiyyətlidir.

Beləliklə, formalaşma şəraitinə və genezisinə görə yeraltı sular iki növə bölünür:

1. Ekzogen mənşəli.

2. Endogen mənşəli.

Bu sular da öz növbəsində dörd genetik növə bölünür:

1. Ekzogen mənşəli sular:

a) infiltrasiya (atmosfer mənşəli)

b) sedimentasiya (dəniz mənşəli)

2. Endogen mənşəli sular:

a) metamorfik (törəmə-dehidratasiya suları)

b) maqmatik (yuvenil mənşəli

Mühazirə 9


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin