3. Mövsümi sular. 1. Torpaq suları - Yer kürəsinin quru hissəsinin ən üst təbəqəsində çoxlu amillərin birgə təsiri nəticəsində torpaq örtüyü əmələ gəlmişdir.Onun qalınlığının nisbətən az olmasına baxmayaraq bu təbəqə canlıların, xüsusən bitkilərin inkişafı üçün lazım olan bir çox komponentləri, günəş enerjisini və nəmliyi özündə cəmləşdirir. Torpaq suları dedikdə bu qatda yayılan sərbəst (qravitasiya) sular başa düşülür və «Torpağın nəmliyi» məfhumu «torpaq suları» na nisbətən daha geniş məfhumdur. Torpaq qatında sərbəst (qravitasiya) suların yaranması atmosfer çökün-tülərinin süzülməsi və su buxarlarının kondensasiyası ilə əlaqədardır. Torpaq sularının çox miqdarda olması torpağın ifrat nəmlənməsinə, o da öz növbəsində bataqlıqlaşmaya səbəb olur. Torpaq sularının az olması isə torpağın məhsuldarlığının azalmasına səbəb olur. Torpaq suları həm üst suları ilə, həm də aşağıdan kapillyar-qalxma suları ilə qidalanır (qrunt suları yer səthinə yaxın yatanda). Torpaq suları çoxlu miqdarda üzvi maddələrin və mikroorqanizmlərin olması ilə aerasiya zonasının digər sularından fərqlənir.