Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə46/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

2. Bataqlıq suları - Xüsusi yatma şəraitinə malikdirlər. Bir tərəfdən onlar yerüstü sular və atmosfer çöküntüləri ilə sıx əlaqədardırlar. Digər tərəfdən isə onlara qrunt və aerasiya zonası sularının ayrılmaz hissəsi kimi baxmaq olar.Bataqlıq suları aerasiya zonası sularının daha mürəkkəb növüdür.

3. Mövsümi sular - Bu sular adətən aerasiya zonasında linzavari yatımlı sukeçirməyən və ya zəif sukeçirən çöküntülərin üzərində toplanır.

Mövsümi suların fərqli xüsusiyyətləri:

1. Onlar qrunt suları horizontundan yuxarıda yerləşir.

2. Yayılma sahəsi məhduddur- sukeçirrməyən linzanın ölçüləri ilə müəyyən olunur.

3. Bəzən mövsümi su təchizatı üçün yararlı olur.

4. Çay suları ilə hidravliki əlaqəsi yoxdur.

Bu sular aşağı süzülərək qismən qrunt sularını qidalandırır. İnşaat işləri zamanı mövsümi suların olması xoşagəlməz faktordur.

Qrunt sularının belə xarakteristikası sonralar bəzi əlavələr edilməklə bir çox tədqiqatçılar (F.P.Savarenski, Q.N.Kamenski, A.M.Ovçinnikov və b.) tərəfindən qəbul edilmişdir. Qrunt suları yer səthindən aşağıda birinci sukeçirməyən lay üzərindəki kövrək dördüncü dövr yaşlı çöküntülərdə və ya köklü süxurların üst çatlı hissəsində yaranan və daimi mövcud olan birinci sulu horizontun sərbəst (qravitasiya) sularıdır. Qrunt suları yer səthindən aşağıda öz ağırlıq qüvvəsinin təsiri ilə sərbəst hərəkət edən sulardır. Adətən onlar üstdən sukeçirməyən süxurlarla (tavan) örtülmürlər. Bu sular təzyiqsiz (basqısız) olub sərbəst səthə malik olurlar. Qrunt suları quyularla açıldıqda onların səviyyəsi açıldıqları dərinliklərdə qərarlaşır. Lakin bəzi sahələrdə qrunt suları səviyyəsi üzərində sukeçirməyən süxurlardan ibarət linzalar olarsa, qrunt suları yerli təzyiqə malik olurlar. Buna baxmayaraq hər iki sahədə qazılmış quyularda qrunt suları eyni səviyyədə qərarlaşır. Qrunt sularının qərarlaşmış səviyyəsi eyni zamanda qrunt sularının güzgüsü də adlanır. Qrunt sularının güzgüsü ilə yer səthi arasındakı məsafə aerasiya zonasına uyğun gəlməklə bu suların yatma dərinliyini göstərir. Qrunt sularından altda yerləşən sukeçirməyən süxurlar su dayağı (layın dabanı) adlanır. Su dayağı ilə qrunt sularının güzgüsü arasındakı şaquli məsafə sulu horizontun qalınlığını (h) göstərir. Ərazinin geomorfoloji və geoloji quruluşundan, həmçinin hidrogeoloji xüsusiyyətlərindən asılı olaraq qrunt suları müxtəlif yatım formaları əmələ gətirirlər:




  1. Yüklə 420,67 Kb.

    Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin