3. N.İ.Tolstixinin dairə diaqramı. Ayrı-ayrı analizlərin nəticələrini əyani təsvir etmək üçün (məsələn, hidrokimyəvi xəritələrdə) geniş istifadə edilir. Burada dairənin diametri müəyyən miqyasla suyun ümumi minerallaşma dərəcəsini göstərir. Dairə horizontal xətlə iki hissəyə bölünür. Üst hissədə soldan sağa kationlar Ca, Mg, Na ardıcıllığı ilə, alt hissədə isə anionlar bu qayda və HCO3, SO4, Cl ardıcıllığı ilə göstərilir. Bu zaman 1% ekv=1,8° olmaqla hər bir ionun dərəcə ilə miqdarı hesablanır və onlar müəyyən rəng və ya ştrixlə diaqramda əks etdirilir. Məsələn: