Yeraltı suların tükənmədən mühafizəsi:
1-ci YS ehtiyatlarının səmərəli istifadəsi; 2-ci şirin YS-ın çatışmazlığının digər su mənbələri hesabına aradan qaldırılmasıdır.
YS-ın səmərəli istifadəsi- sənayedə, kənd təsərrüfatında sudan istifadəni
normaya salmaq və azaltmaq, o cümlədən onun istifadəsi zamanı itkiyə yol verməmək deməkdir. Çünki suvarma suyunun 50-60%i itkiyə sərf olunur.
İkinci istiqamət onların ehtiyatının artırılmasıdır. Bu zaman ilk növbədə YS-ın səviyyəsinin texnogen proseslərin təsirindən sabit saxlanılmalıdır.
YS-ın ehtiyatlarının süni bərpası üçün qurğulardan – infiltrasiya hövzələri, uducu quyular və s. vasitəsilə yeraltı su axımının bir hissəsinin yer altına köçürmək geniş yayılmışdır. Yeraltı şirin su ehtiyatının artmasına müsbət təsir göstərən bəzi su təsərrüfat tədbirləri də vardır. Məs, sahilyanı ərazidə çay axımını tənzimləmək üçün su anbarı yaradılması zamanı QS horizontunun qalınlığı artır və quru horizontlar sulanır, suvarma kanalları boyu şirin su linzaları yaranır. Bəzən yüksək minerallaşmaya malik olan (1-35q/l) sulardan xalq təsərrüfatında müxtəlif sahələrində istifadə olunmasıdır. Zəif duzlu sular heyvandarlıq və əkin sahələrinin suvarılmasında, duzlu sular sənaye-texnoloji proseslərdə istifadə olunur.
YS-ın ehtiyatının süni doldurulması üçün mühəndisi tədbirlərdən istifadə olunur: Yerüstü axımın bir hissəsini yeraltına köçürmək üçün relyefin təbii çökəkliklərindən (dərə, çay yatağı, quru göl) və suyun infiltrasiyası üçün xüsusi qurğulardan- açıq (kanal) və bağlı hövzələrdən (quyu) istifadə olunur. Bu üsullarla YS-ın süni ehtiyatı yaranır və yer altına süzülüb, rezervuarların üzərinə toplanır.