MAGİSTRATURA II MƏRHƏLƏ
“HİDROGEOLOGİYA” FƏNNİNDƏN
I PROQRAM ÜZRƏ MÜHAZİRƏLƏR
BAKI-2018
Mühazirə 1
Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış
Geologiya və hidrologiya elmləri hidrogeologiyanın ilkin mənbəyi olmaqla, bu elm onların birləşməsindən yaranıb və hal-hazıra kimi bu istiqamətdə inkişaf edir. «Hidrogeologiya» termini ilk dəfə J.Lamark tərəfindən 1802-ci ildə irəli sürülüb. O yunan sözü olub «hidro» – su, «geo» – Yer, «loqos» – elm, təlim deməkdir ki, bu da onun tədqiqat predmetinin Yer suları olduğunu göstərir. Yeraltı suları öyrənən elm kimi onu XIX əsrin 80-ci illərindən D.Lukas (İngiltərə) və N.A.Qolovkinski (Rusiya) və b. qəbul etmişlər və bununla da yeni bir istiqamətin – hidrogeologiya elminin yaranmasının əsası qoyulmuşdur.