1. Sedimentogen;
2. Metamorfogen;
3. Maqmatogen.
Atmosferdə su
Yer kürəsi sxematik olaraq bir sıra konsentrik qatlardan və ya sferlərdən təşkil olunmuşdur. Yer kürəsini əhatə edən ən üst hava (qaz) təbəqəsinə atmosfer deyilir.
Onun alt sərhəddi quru və okeanların səthidir, üst sərhədi isə 3000km qəbul edilmişdir. Atmosferdə həmişə su buxarı, su damcıları, buz kristalcıqları şəklində orta hesabla 13 min km3 qədər rütubət mövcuddur. Suyun 90%- atmosferin ən aşağı hissəsində 0-5 km yüksəklikdə olur.
Troposfer-onun qalınlığı mülayim iqlim qurşaqlarında 10-11km, ekvatorda 17-18 km təşkil edir. Atmosferdə və yayılmış su buxarlarının əsas hissəsi bu qatda yerləşir. Buludların yaranması və yağışa çevrilən su buxarlarının kondensasiyası bu qatda baş verir.
Stratosfer- qalınlığı 55 km-ə çatır və 25-30 km yüksəklikdə Ozon təbəqəsinin olması ilə xarakterizə olunur. Bu qatda su buxarları demək olar ki yoxdur.
İonosfer-burada kosmik fəzanin təsiri ilə qaz ionlarının ionlaşması baş verir.
Yeraltı suların qidalanmasına və ehtiyatına hidrometeoroloji amillərin təsiri
Atmosferdə yayılan su dinamikasında buxarlanma və rütubətlik böyük rol oynayır. Buxarlanma ilin fəsillərindən və gecə və gündüzdən asılı olaraq dəyişir.
Atmosferdə yayılan su buxarlarının mənbəyi 86%-dəniz və okean suları, 14%-i çay, göl və bitki örtüyündən baş verən buxarlanmadır. Yeraltı sular yer səthinə yaxın yatma dərinliyinə malik olduqda (3-5m) buxarlanmaya məruz qalır.
Bitki örtüyündən baş verən buxarlanma iki yolla baş verir:
Dostları ilə paylaş: |