Mühazirə 2
Yerdə suyun ehtiyatları. Təbiətdə suyun dövranı
Suyun dövranı və yerin su ehtiyatları
Bildiyimiz kimi, yer səthinin 361 mln. km2 (71%) Dünya okeanı suları ilə örtülmüşdür. Qurunun səthində su obyektlərinin sayı təxminən 20 mln km2 təşkil edir. İnsan üçün ən qiymətli təbii ehtiyatlar olan şirin suyun qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Planetimizdə cəmi 36,7 mln. km3 şirin su (ümumi həcmin 2,64%) vardır. Şirin suyun ən başlıca toplayıcıları buzlaqlar, şirin yeraltı sular, çoxillik donuşluq zonasında olan yeraltı sular, şirin göllərdir. Yerdə şirin sularım ümumi miqdarından 71% bərk fazaya, 29% isə maye fazaya düşür. Geoloqların fikrincə isə Yerin bütün tarixi ərzində mantiyanın deqradasiyası nəticəsində ildə orta hesabla 0,5-1 m3 çox olmayaraq su ayrılmışdır. Fərz edirlər ki, hazırda yerin təkindən elə bu qədərdə su daxil olur.
Yer kürəsində suyun dövranı
Yerin ən mühüm xüsusiyyəti suyun qlobal dövranıdır. Su dövranının əsas səciyyəsi aşağıdakılardır:
1. regional və lokal miqyaslarda maddələr və enerji mübadiləsini yerinə yetirir
2. təbiətin vahidliyinin əsasını təşkil edir
3. təbii ehtiyatların bir hissəsinin bərpa olunmasını təmin edir
4. ekoloji funksiyanı yerinə yetirir
Bir sıra tədqiqatçılar, o cümlədən V.İ.Vernadski (1954), A.E.Xodkov, Q.Y.Valukonis (1968), M.İ.Lvoviç (1974) suyun dövranının bir neçə sxemini irəli sürmüşlər. Qeyd olunan sxemlər ümumiləşdirilərək hal-hazırda Yer kürəsində su dövranının daha çox əsaslandırılmış modelində 2 dövran (S.L.Şvartsev,E.V.Pinneker) ayrılır:
Dostları ilə paylaş: |