Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış


Beləliklə, geologiya elminin əsasında yaranan hidrogeologiya



Yüklə 420,67 Kb.
səhifə2/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Beləliklə, geologiya elminin əsasında yaranan hidrogeologiya – yeraltı sular haqqında elmdir, o yeraltı suların əmələ gəlməsini, yatma və yayılma qanunauyğunluqlarını, fiziki və kimyəvi xüsusiyyətlərini, onların istismar ehtiyatlarını və xalq təsərrüfatı əhəmiyyətini, atmosfer çöküntüləri və yerüstü sularla qarşılıqlı əlaqəsini, rejimini (monitorinq), insanların təsərrüfat fəaliyyətinin yeraltı sulara və onların ətraf mühitə (mühəndisi qurğulara, meliorativ şəraitə və s.) təsirini öyrənir.

Yeraltı sular haqqında bəşəriyyətə məlum olan ilkin biliklər hələ yeni eradan əvvəl (V və VI əsrlərin təmasında) Fales Miletski, sonralar Platon və onun tələbəsi Aristotel (y.e.ə. IV əsr) və s. kimi alim və mütəfəkkirlərin əsərlərində bu və ya digər formada öz şərhini tapmışdır.

Hidrogeologiya elminin inkişafında I Pyotr tərəfindən 1725-ci ildə təsis olunmuş Rusiya Elmlər Akademiyasının və onun nəzdində 1882-ci ildə təşkil olunmuş Geoloji Komitənin böyük rolu olmuşdur. Bu komitənin rəhbərliyi ilə görkəmli geoloqlar (İ.V.Muşketov, S.N.Nikitin, N.A.Sokolov və b.) bir sıra hidrogeoloji tədqiqatlar aparmışlar. Bu tədqiqatlara əsasən İ.V.Muşketov dərc etdirdiyi (1900-cü il) «Fiziki geologiya» kitabında yeraltı sulara xüsusi fəsil ayırır. Bu yeraltı sular haqqında rus dilində nəşr olunmuş ilk kitab idi. Dünyada ilk «hidrogeoloq» ştatı da məhz 1886-cı ildə Rusiyada təsis olunmuş, Krımda və Qara dəniz sahili ətrafında artezian quyularının qazılmasının təşkilatçısı olan N.A.Qolovkinski ilk ştatlı hidrogeoloq olub.

Hidrogeologiya bir elmi istiqamət kimi çox böyük tarixə malik olmasa da, yeraltı sulardan müxtəlif məqsədlər üçün istifadənin kökləri Orta Asiya, Hindistan, Çində olduğu kimi, Azərbaycanda da çox qədim zamanlara – 3-5 min il əvvəllərə təsadüf edir. Azərbaycan ərazisində tarixən bulaq sularından, əl quyuları, ovdan və kəhrizlər vasitəsilə qrunt sularından içməli su kimi geniş istifadə olunmuşdur. XIV əsrdə Azərbaycanda kəhrizlərin sayı 1000-dən çox idi və onlar gün ərzində 100 m3-dən çox su verirdi. Əhalinin mineral və termal sulardan müalicə məqsədilə istifadə etməsi xalq arasında onların «dirilik çeşməsi», «loğman», «zəm-zəm suyu» və s. kimi adlandırılması ilə öz əksini tapmışdır.

XX əsrin əvvəllərində Bakıda sənayenin sürətli inkişafı və əhalinin sayının artması ilə bağlı içməli su qıtlığı yaranır və bu səbəbdən şəhərdə dövrü olaraq «vəba» xəstəliyi tez-tez baş qaldırırdı. Abşerondan kənarda su mənbələrinin tapılması və suyun şəhərə nəql edilməsi məqsədilə alman hidrogeoloqu V.Lindley 1899-cu ildə Bakıya dəvət edildi. Onun tərəfindən Azərbaycanın şimali-şərqində yerləşən Samur-Dəvəçi dağətəyi düzənliyinin Şollar kəndi ci ildə I Bakı (Şollar) su kəməri çəkildi və bununla da Bakı şəhərinin ilk mərkəzləşdirilmiş ərazisindəki yeraltı sular su təchizatı mənbəyi kimi seçildi. Bu sular hesabına 1917- sistemlə su təchizatının əsası qoyuldu.

Dünyada əhalinin sayının artması, yeni sənaye sahələrinin yaranması və yeraltı sulardan xalq təsərrüfatında geniş istifadə olunması ilə əlaqədar hidrogeologiya sürətlə inkişaf etdi. Onun elmi əsasları yarandı. O, fundamental (fizika-riyaziyyat, kimya, biologiya) və geoloji (geokimya, tektonika, litologiya, geofizika, torpaqşünaslıq və s.) elmlərin nailiyyətləri ilə zənginləşdi. Hidrogeologiya kompleks bir elm kimi formalaşdı və onun aşağıdakı yeni sərbəst istiqamətləri yarandı:

1. Ümumi hidrogeologiya;

2. Hidrogeodinamika;

3. Hidrogeokimya;

4. Hidrogeotermiya;

5. Yeraltı hidrosferin tarixi – paleohidrogeologiya;

6. Regional hidrogeologiya;

7. Meliorativ hidrogeologiya;

8. Yeraltı suların mühafizəsi;

9. Yeraltı suların rejimi və balansı;

10. Faydalı qazıntı yataqlarının hidrogeologiyası;

11. Radiohidrogeologiya;

12. Hidrogeoekologiya.


Azərbaycanda bu elmin tədrisinə ilk dəfə olaraq 1949-1950-ci illərdən Azərbaycan Sənaye İnstitutunun – indiki ADNA-nın, 1951-ci ildən isə Azərbaycan Dövlət Universitetinin (BDU-nun) geologiya fakültəsində başlanmış və hal-hazırda da tədris edilir. Azərbaycanda hidrogeologiya elmi məktəbinin ilk yaradıcılarına ADU-da geologiya fakültəsinin ilk dekanı və «Hidrogeologiya» kafedrasının yaradıcısı olmuş prof. Ə.H.Əsgərovu, prof. H.Y.İsrafilovu, akademik M.Ə.Qaşqayı, prof. Ş.A.Pənahini, bu tədris ocaqlarının məzunlarına isə Azərbaycanın yeraltı sularının rejim və balansının öyrənilməsində əvəzsiz xidmətləri olmuş və geoekoloji tədqiqatların əsasını qoymuş prof. F.Ş.Əliyevi, dos. B.Ə.Hacıyevi, dos. S.M.Kazımovu, g.-m.e.d. A.B.Ələkbərovu, N.A. Musayevi və başqalarını misal göstərmək olar.


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin