2.Fizioloji-transpirasiya Vegetasiya dövrundə bitkilərin kokləri vasitəsilə yerin müxtəlif dərinliklərindən suyu udması və yarpaqları vasitəsilə buxarlanması transpirasiya adlanır. Hidrogeoloji tədqiqatlarda transpirasiya mütləq nəzərə alınmalıdır.
Havada olan su buxarlarının miqdarı onun rütubətliyini müəyyən edir. Rütubətın əsas parametrləri bunlardır:
1. mütləq rütubət- 1m3 havada olan faktiki su buxarlarının miqdarıdır. Belə şəraitdə havada mümkün olan su buxarlarının miqdarı havanın doyma halının (E) müəyyən edir.