Keyfiyyətinimüəyyənləşdirməküçüntoxumakisələrbeşkateqoriyayaayrılır: Birincikateqoriya - respublikamızdavəyaonunhüdudlarındankənardaistehsalolunmuştəzə, işlənmiş, lakintəmiz, quru, qoxusuz, yarmaqsızvədeşiksizkisələr; İkincikateqoriya-təmiz, quru, qoxusuz, az (üçədək) yamaqlıvəyamanmalıkisələr; Üçüncükateqoriyaya - təmiz, quru, qoxusuz, az (beşədək) yamaqlıvəyamanmalıkisələr; Dördüncükateqoriya - təmiz, quru, qoxusuz, yamaqlı (yeddiyədək) vəyamanmalıkisələr; Beşincikateqoriya - təmiz, quru, qoxusuz, yamaqlı (onikiyədək) vəyamanmalıkisələr; Metal taralar özlərinin fiziki xassələrinə görə çox möhkəm olduqları üçün onlardan dəfələrlə və uzun müddət istifadə edilir. Bu taralar praktiki fəaliyyət zamanı əsasən nəqliyyat tarası kimi tətbiq olunur.
Funksional təyinatına görə taralar dörd növə ayrılır:
a) istehlak (daxili) tarası; b) nəqliyyat (xarici) tarası; c) birdövriyyəli; ç) çoxdövriyyəli; d) taraavadanlıqları. İstehlaktarası - istehsalçı firma və ya müəssisələrin hazır məhsullarının ilkin qablaşdırmasından ibarətdir və məhsullar məhz bu tara növündə son istehlak məntəqələrinə, yerlərinə çatdırılır. Bura qutular, paketlər, bankalar, butulkalar, flakonlar və s. aid edilir. Göstərilən tara növlərinin dəyəri bir qayda olaraq pərakəndəsatış qiymətlərinə daxil edilir. Bu növ taralar bazara malyeridilişi prosesinə köməklik göstərir, satış həcmini artırır və marketinq sahəsində əhəmiyyətli rol oynayır.
Nəqliyyattarası - daxili tarası olan və olmayan məhsulların daşınması və saxlanması üçün istifadə edilən taradan ibarətdir. Bura yeşiklər, boçkalar, bidonlar, kisələr, qutular və s. aid edilir. Praktikada bu taralar təkrar tara adlanır və onların ölçüləri elə seçilir ki, burada eyni təyinata malik bir sıra ilkin qablaşdırma modullarını yerləşdirmək mümkün olsun.
Taralar logistik sistem daxilində yük vahidlərinin daşınması və saxlanması zamanı funksional təyinatına görə bir dəfə və ya təkrar - təkrar istifadə olunur. Bu nöqteyi-nəzərdən yalnız bir partiya məhsulların və ya logistik yük vahidinin saxlanması və daşınması üçün tətbiq olunan və sonradan istifadəsi məqsədəuyğun hesab edilməyən taralar birdövriyyəlitaralara (kağız kisələr, faner barabanlar, polimer torbalar, konfet qutuları, ərzaq məhsulları qablaşdırılan kağızlar və s.) aid edilir. Logistik sistemin hər bir iştirakçısı tərəfindən bir neçə dəfə istifadə olunmaq üçün yararlı halda olan və məhsulların saxlanması və daşınması zamanı qarşıya qoyulan funksional vəzifələri yerinə yetirə bilən taralar çoxdövriyyəlitaralar (yeşiklər, boçkalar, müxtəlif növlü kisələr, konteynerlər, kanistrlər, barabanlar) adlanır. Çoxdövriyyəli taralar logistik sistemin iştirakçılarından hər hansı birinə aiddirsə, ona əksər hallarda inventar tarası və ya tara avadanlığı da deyilir. Bu tip taraların üzərində xüsusi qeydlər, o cümlədən məxsus olduğu firma və ya müəssisənin adı və taranın inventar nömrəsi qeyd olunur.
İstifadə şərtlərinə və mənsubiyyətinə görə taralar istehsal, inventar və anbar taralarına ayrılır. Əvvəl qeyd olunduğu kimi inventartarası konkret firma və ya müəssisəyə məxsus olmaqla çox möhkəm və xüsusi təyinata (butulka yığmaq üçün gözləri olan yeşiklər, çörək tabaqları, şüşə daşımaq üçün xüsusi konteynerlər, tara-avadanlıqları və s.) malikdir. Bu tip taralar məhsullardan azad olduqdan sonra mənsub olduğu firma və ya müəssisə sahibinə qaytarılır. Taraların geri, təkrar istifadə məqsədilə tara sahibinə qaytarılması üçün son alıcılar daha çox maraqlıdırlar. Çünki, geri qaytarılmayan taraya görə istehlakçılar onun maya dəyərindən çox yüksək bir qiymətin tara sahiblərinə ödənilməsi məcburiyyəti ilə üzləşirlər. Bu da nəticə etibarı ilə istehlakçılar üçün iqtisadi baxımdan əlverişli olmadığından onlar taranı geri qaytarmağı məqsədəuyğun hesab edirlər.