Əyrixətli hərəkət. Tangensial və normal təcil
Cismin hərəkət trayektoriyası əyri xətt şəklindədirsə belə hərəkət əyrixətli hərəkət adlanır. Əyrixətli hərəkətdə sürətin həm qiyməti həm də istiqaməti dəyişə bilər. Əyrixətli hərəkətdə ani sürəti tapmaq üçün yerdəyişmə vektorunu sonsuz kiçiltməklə limitə keçmək lazımdır.
Əyrixətli hərəkətdə trayektoriyanın istənilən noqtəsində ani sürətin istiqaməti həmin noqtəyə çəkilmiş toxunanın istiqaməti ilə eyni olur (Şəkil 1).
Şəkil 1 Şəkil 2
Əyrixətli hərəkətin ən sadə növü çevrə üzrə bərabərsürətli hərəkətdir (Şəkil 2).
Çevrə üzrə bərabərsürətli hərəkətdə sürətin modulu çevrənin bütün nöqtələrində eynidir: sürətin istiqaməti isə hər nöqtədə müxtəlifdir. Əyrixətli hərəkətdə ancaq sürətin istiqamətinin dəyişməsindən alınan təcil normal təcil adlanır. Normal təcilin riyazi ifadəsini çıxaraq. Şəkil 2 – dən üçbucaqların oxşarlıq əlamətlərindən yazmaq olar:
Məlumdur ki, AB = ∆S; OA = R və |BC| = |BD| = olduğundan yazmaq olar:
;
olduğunu nəzərə alaq.
- normal təcil adlanır. Normal təcil sürətin istiqamətinin dəyişməsi nəticəsində yaranır. Normal təcilin istiqaməti radius boyunca çevrənin mərkəzinə doğru yönəlir.
İndi isə daha ümumi hala baxaq (şəkil 3). Burada sürətin həm qiyməti həm də istiqaməti dəyişir.
vektorunu iki toplanana ayırmaq olar:
- sürətin istiqamətinin dəyişməsini təmsil edir. - sürətin qiymətinin dəyişməsini
təmsil edir.
- tangensial təcildir. Əyrixətli hərəkətdə sürətin qiymətinin dəyişməsindən alınan təcil tangensial təcil adlanır. Tangensial təcil əyriyə toxunan istiqamətdə yönəlir. Ümumi şəkildə tam təcilin modulu belə ifadə olunur:
Dostları ilə paylaş: |