Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olmaqla iki yerə bölünür. Maddi nöqtənin hərəkətləri içərsində ən sadəsi düzxətli bərabərsürətli hərəkətdir.
Düzxətli bərabərsürətli hərəkət – maddi nöqtənin istənilən bərabər zaman fasilələrində eyni yerdəyişmə icra etdiyi hərəkətdir.
Sürət – maddi nöqtənin yerdəyişməsinin, həmin yerdəyişməyə sərf olunan zaman müddətinə nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
Sürət vektorial kəmiyyətdir, onun istiqaməti yerdəyişmə vektorunun istiqaməti ilə üst – üstə düşür.
BS – də sürət vahidi olaraq elə hərəkətin sürəti qəbul edilir ki, bu hərəkətdə maddi nöqtə 1 san ərzində 1m yerdəyişmə icra etsin. Bu vahid saniyədə metrdir:
Dəyişənsürətli hərəkət – bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edən cismin hərəkətidir.
Belə hərəkəti xarakterizə etmək üçün orta sürət anlayışından istifadə olunur.
Orta sürət – trayektoriyanın verilmiş hissəsində icra edilən yerdəyişmənin zamana olan nisbətinə bərabər olan fiziki kəmiyyətdir:
Fərz edək ki, maddi nöqtə müəyyən trayektoriya boyunca hərəkət edir və kiçik Δt zamanı ərzində A vəziyyətindən B vəziyyətinə gəlir, yəni, onun yerdəyişməsi vektoruna bərabər olur (Şəkil 2). Yerdəyişmə vektorunun sərf olunan zamana nisbətinə orta sürət vektoru deyilir:
(2)
Orta sürət vektorunun istiqaməti yerdəyişmə vektorunun isiqaməti ilə eyni olur. Burada zamanını sonsuz azaltsaq hərəkətin ani sürətini almış olarıq:
(3)
Ani sürət – Cismin verilmiş anda, trayektoriyanın verilmiş nöqtəsindəki sürətinə ani sürət deyilir. Zaman azaldıqda ΔS məsafəsi vektorunun moduluna yaxınlaşır. Onda ani sürətin ədədi qiyməti
olar. Bərabərsürətli hərəkərtdə ani sürətin ədədi qiyməti sabit qalır, onda t, t + zaman ərzində gedilən yol
(4)
ifadəsindən təyin olunar.
Dəyişən sürətli hərəkətdə sürətin zamana görə dəyişməsi əsas rol oynayır. Sürətin zamana görə dəyişməsini təyin edən kəmiyyət təcil adlanır.
Fərz edək ki, maddi nöqtə müəyyən trayektoriya boyunca hərəkət edir və zamanı ərzində sürətin dəyişməsi olur. Bu zaman hərəkətin orta təcili
(5)
olar. Hərəkətin təcilinin ani qiyməti isə
(6)
Deməli təcil sürətin zamana görə birinci tərtib törəməsidir.
(6) düsturundan aydın olur ki, olarsa , yəni hərəkət bərabərsürətli olur, olarsa, hərəkət bərabərtəcilli hərəkət adlanır. Bərabərsürətli hərəkətdə gedilən yol (4) düsturuna əsasən ilə hesablanır. Başlanğıcda anında sürət olarsa bərabərtəcilli hərəkətdə anında sürət (6) düsturuna əsasən
,
gedilən yol isə
(7)
olar. Bərabərdəyişən hərəkətdə sürətin və gedilən yolun zamandan asılılıq qrafiki şəkil 3- də verilmişdir.
Dostları ilə paylaş: |