Mühazirə 1 Kinematikanin əsasları. Bərabərsürətli və dəyişənsürətli hərəkət. Əyrixətli hərəkət. Fırlanma hərəkətinin kinematikası. Nyuton qanunları. İmpulsun saxlanması qanunu. Plan



Yüklə 288,62 Kb.
səhifə6/6
tarix23.02.2022
ölçüsü288,62 Kb.
#52979
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1

Nyutonun üçüncü qanunu

Nyutonun üçüncü qanunu: İki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə bir – birinin əksinədir:



.

Burada - birinci cismə ikinci cisim tərəfindən tətbiq olu­­nan qüvvə, - ikinci cismə birinci cisim tərəfindən tət­biq olunan qüvvədir.



Nəzərə alınmalıdır ki, müxtəlif cisimlərin qarşılıqlı təsir qüv­­vələri modulca bəraəbr və istiqamətcə əks olsalar da, heç vaxt bir – birinin təsirini tarazlamır, çünki bu qüvvələr eyni cis­­­mə deyil, başqa – başqa cisimlərə tətbiq edilir.

İmpulsun saxlanma qanunu

Qeyd etdik ki, cismin kütləsinin onun sürətinə hasili impuls adlanır: . İmpuls vektorial kəmiyyətdir, istiqaməti sürətin istiqaməti ilə eynidir.

Sistemi təşkil edən cisimlər arasında təsir edən qüvvələri iki yerə ayırmaq olar. Daxili və xarici. Sistemi təşkil edən cisimlər yalnız bir –birilə qarşılıqlı təsirdə olarsa, belə qüvvələr daxili qüvvələr adlanır. Sistemə daxil olan cisimlərdən biri sistemə daxil olmayan başqa bir cisimlə qarşılıqlı təsirdə olarsa, belə qüvvələr xarici qüvvələr adlanır. Xarici qüvvələr təsir etməyən sistem qapalı sistem adlanır.

Fərz edək ki, hər hansı bir sistem n sayda cisimdən təşkil olunmuşdur. Bu cisimlərin kütlələri m1, m2,.........mn, aldıqları sürətlər isə , ....... - dir. Onda Nyutonun ikinci qanununa görə ,

(1)

yazmaq olar.

(1) ifadələrini tərəf tərəfə toplasaq alarıq:

(2)

Burada - daxili, -lər isə xarici qüvvələrdir.

Nyutonun üçüncü qanununa görə cisimlərin qarşılıqlı təsiri qiymətcə bərabər və istiqamətcə əks olduğundan, yəni, . (2) ifadəsi aşağıdakı şəklə düşər.



Sistem qapalıdırsa, yəni - sa, onda və ya ,



(3) (4)

alınar.


Deməli, qapalı sistem təşkil edən cisimlərin qarşılıqlı təsiri zamanı onların impulslarının cəmi sabit qalır. Bu impulsun saxlanma qanunudur. İmpulsun saxlanması qanunu təbiətin fundamental qanunlarından biri olub fəzanın bircinsliliyindən alınır.

Suallar


  1. Fizika elmi nəyi öyrənir?

  2. Kinematika nəyi öyrənir?

  3. Mexaniki hərəkət nəyə deyilir?

  4. Mexanikanın əsas məsələsi nədən ibarətdir?

  5. Maddi nöqtə nəyə deyilir?

  6. Hesablama sistemi dedikdə nə başa düşülür?

  7. Hansı vektora radius vektor deyilir?

  8. Maddi nöqtənin hərəkət tənliklərini ifadə edin?

  9. Trayektoriya, yol və yerdəyişmənin təriflərini söyləyin.

  10. Trayektoriyanın formasına gorə hərəkətin neçə növü var və hansılardır?

  11. Hansı hərəkət düzxətli bərabərsürətli hərəkət adlanır?

  12. Sürət nəyə deyilir və hansı vahidlə ifadə olunur?

  13. Orta və ani sürətləri izah edib riyazi ifadələrini yazın.

  14. Hansı kəmiyyət təcil adlanır və vahidi necə ifadə olunur?

  15. Hansı hərəkət bərabərtəcilli hərəkət adlanır.

  16. Bərabərtəcilli hərəkətdə sürət və yol düsturlarırı yazın.

  17. Hansı hərəkət əyrixətli hərəkət adlanır və əyrixətli hərəkətdə ani sürət nacə tapılir?

  18. Əyrixətli hərəkətdə ani sürətin istiqaməti istiqamətini söyləyin.

  19. Hansı təcil normal təcil adlanır və riyazi ifadəsi necə yazılır?

  20. Normal təcilin istiqamətini söyləyin.

  21. Hansı təcil tangensial təcil adlanır və istiqaməti necə yönəlir?

  22. Bucaq sürəti nəyə deyilir və hansı vahidlə ifadə olunur?

  23. Bucaq sürətinin istiqamətinin təyin edilməsi qaydasını söyləyin.

  24. Bucaq təcili nəyə deyilir və hansı vahidlə ifadə olunur?

  25. Xətti təcilin tangensial komponenti ilə bucaq təcili arasındakı əlaqəni yazın.

  26. Nöqtənin çevrə boyunca bərabərdəyişən hərəkəti zamanı bucaq sürətinin və dönmə bucağının ifadələrini yazın.

  27. Dinamika nəyi öyrənir?

  28. Nyutonun birinci qanununu ifadə edin.

  29. Hansı halda cisim öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişir?

  30. Hansı hesablama sistemində Nyutonun birinci qanunu ödənilir?

  31. Hansı hesablama sistemləri ətalət hesablama sistemləri (inersial) adlanır?

  32. Ətalət hadisəsi nəyə deyilir?

  33. Cismin ətalət ölçüsü nədir?

  34. Qüvvə anlayışı necə ifadə olunur?

  35. Nyutonun ikinci qanunu II qanunu necə ifadə olunur?

  36. Qüvvənin vahidi nədir?

  37. Cismin impulsu nəyə deyilir?

  38. İmpulsun vahidi nədir?

  39. Nyutonun üçüncü qanunu necə ifadə olunur?

  40. İmpulsun saxlanma qanununu söyləyin.


Ədəbiyyat

1. N. Qocayev. “Ümumi fizika kursu (Mexanika)” Bakı, 2011. S. 41-161.

2. K.D. Hüseynov. “Mexanika”, Bakı, 2001. s.14 -38, 48 – 57.

3. F.A. Əhmədov. “Mexanika və molekulyar fizika”, Bakı, 2007. S.5 – 30.

4. B.Z. Əliyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.12 – 47.

5. N.M.Mehdiyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.11 – 28.

6. Т.И.Трофимова. Курс физики. Москва. 2006. c.7 – 21.

7. Niftalı QOCAYEV ÜMUMİ FİZİKA KURSU I Cild MEXANİKA

8. Mexanika və molekulyar fizika » KitabYurdu.org

9.

Ümumi fizika kursu. Fizika www.anl.az › Kitab › Azf-274365



10. _mehdiyev.nmders-ves.fizika-kursuma

11. Курс физики. Трофимова Т.И.

12. Fizika. R.Rzayev – UNEC unec.edu.az › uploads › 2015/01 › fizika2211







Yüklə 288,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin