2-HİSSƏ Mühazirə-5 Yeilmənin intensivliyinin təyini Plan 1. Yeilmənin əsas nüvləri 2. Yeilmənin intensivliyi Yeyilmə intensivliyinin dəyişməsini 4 cür tipik əyrilərlə xarakterizə etmək olar :
a) xarici şərait dəyişmədikdə və ya xarici şəraitin dəyişməsinin yeyilmə intensivliyinə təsiri yoxdur;
b) bu cür yeyilmə. sürtünmə səthi sementasiya, YTC (yüksək tezlikli cərəyan) və ya digər üsullarla emal olunduqda müşahidə olunur. Möhkəmləndirilmiş səth layı yeyildikdən sonra hissənin təhlükəli yeyilmə dövrü başlayır;
v) bu əyri uyğunlaşma dövründən sonra dinamiki yüklərin artması, yağın sızması və ya sürtünmə sahəsinə abraziv hissəciklərin düşməsi nəticəsində yeyilmə sürətinin intensivliyinin artmasına uyğun gəlir;
q) bu əyri maşının başlanğıc iş dövründə yeyilmə intensivliyinin çox olduğu hala uyğundur. Bu cür hissələr yalnız müəyyən iş vaxtından sonra metalın dövrü yüklərin təsiri altında yorulması nəticəsində dağılır. Bu növ yeyilmə yüksək kontakt gərginliyinin təsiri altında baş verir.
Yeyilmələri iki qrupa ayırmaq olar;
a) təbii (normal) yeyilmə;
b) sürətli (təhlükəli) yeyilmə.
Təbii yeyilmə maşın birləşmələrindəki elə bir yeyilməyə deyilir ki, bu müntəzəm və tədricən baş verir maşının işləmə qabiliyyətinin vaxtından əvvəl düşməsinə səbəb olmur.
Təbii yeyilmə əsas etibarı ilə sürtünmə qüvvələrinin gördükləri istər nəticəsində və normal iş şəraitində digər amillərin təsirindən baş verir.
Sürətli yeyilmədə birləşmənin işləmə müddət normal yeyilməyə nisbətən dəfələrlə azdır. Bu zaman yeyilmə nəticəsində birləşmənin hissələri elə bir ölçülər alır ki, bundan sonra onların işləməsi təhlükəli olur.
Sürətli yeyilmə aşağıdakı səbəblərdən baş verir:
1) normal iş rejiminin pozulması nəticəsində;
2) yağlama rejimi düzgün olmadıqda;
3) maşının konstruksiyası mükəmməl olmadıqda;
4) təmir keyfiyyətsiz aparıldıqda;
5) quraşdırma düzgün olmadıqda.
Vaxtaşırı görülməyən cari profilaktiki təmir və ya xidmət təbii yeyilmənin sürətli yeyilməyə çevrilməsinə səbəb olur. Bu da öz növbəsində maşının sıradan çıxmasına və ya qəzaya səbəb ola bilər.