Mühazirə-21 Təmir və bərpa əmsalının təyin edilməsi Mühazirənin planı 1.Təmir əmsalının təyini 2.Bərpa əmsalının təyini Bərpa texnologiyasının əsas məsələlərindən biri, detalların texnoloji proseslərindən sonra səthlərində yaranan qüsurların təyin edilməsidir. Qüsurlar dedikdə detallarda yaranan uyğunsuzluqdur ki, bu da tələb olunan standartlara görə qeyri bərabərlikdir. Əsas qüsurlar detalın səthində yaranan həndəsi ölçülərin, formaların, kələ-kötürlüyün, fiziki-mexaniki xassələrin və yeyilmələrin göstəriciləridir.
Bərpa texnologiyasında qüsurların əsas ölçüləri I qrup – 0,5 mm, II qrup – 2,0 – 5,0 mm arasında qəbul edilir.
Qüsurların keyfiyyətinin qiymətləndirilməsi onların ölçülərinin və formasının dəyişmə həddindən asılılığıdır.
Bunları nəzərə alaraq bərpa texnologiyasının əsas bərpa əmsalı aşağıdakı düsturla təyin edilir:
Kb = Kb.y.Ky(1 + ) (2.1)
Burada: Kb.y. – detalın yararlılıq əmsalı;
Ky – yararlıq əmsalı istifadə üçündür;
M – bərpanın istifadə dərəcəsidir.
Hesablamada %
Buradan tələb olunan detalın bərpası üçün bərpa əmsalı aşağıdakı ifadə ilə təyin edilir:
Kb = 0,660,75(1 + 0,660,75)
Kb = 1,52
Qüsurların təyini üçün texniki tələblərə uyğun olaraq detalları 3 qrupa bölürlər:
1 qrup – yararlı detalların siyahısı;
2 qrup – yararsız detalların siyahısı;
3 qrup – təmirə ehtiyacı olan detallar.
Yararlı detallar, adətən anbara daxil olaraq, bərpa üçün sexin lazımı sahələrinə göndərir. Yararsız detallar isə ərinti sexinə və ya başqa detalların hazırlanması üçün sexə göndərilir.
Detalların qüsurlarının sayını və işin ümumi həcmi hesablanılır. Bərpa olunan detalların texnoloji prosesləri tərtib edilərək, onların ayrıca cizkisi və onların siyahısı tərtib edilir.
Bununla yanaşı detalların yenisi ilə əvəz olunması üçün ayrıca texnologiya tərtib olunmaqla, onların da siyahısı tərtib edilir.
Bununla, detalların bərpası və yenisi ilə əvəz olunması aşağıdakı əmsalların nisbəti ilə təyin edilir:
(2.2)
Burada n1, n2, n3 - uyğun olaraq, təmir olunan, yararlı detalların və yararsız detalların sayını göstərir;
n – ümumi detalların avadanlıq üçün tələb olunan miqdarıdır.
Bu hal üçün n1 = 300, n2 = 400, n3 = 300
n = 1000 ədəd.
Buradan: 1 = 0,3 2 = 0,4 3 = 0,3
Qiymətləri qurğunun bərpa olunan detalının səmərililiyini göstərir.
Qüsurların təyini əsasən detalın keyfiyyətli bərpa olunmasına zəmanət verir. Qüsurların təyini xarici baxışla yanaşı, eyni zamanda, lupanın, mikroskopun, universial və xüsusi ölçmə alətlərindən istifadə etməklə yerinə yetirilir. Bu alətlər əvvəlcədən yoxlanılır.
Eyni zamanda onun ölçmə xətası da nəzərdən keçirilir. Qüsurların aşkar edilməsi universial maqnit aparatından markalı M-127, YMD-2000, ВИАМ-3–lərdən istifadə edilməsi məqsədə uyğundur.
Mühazirə-22 Mütərəqqi Texnoloji üsulların tətbiq sahəsi və inkişaf mərhələsi