Detalların müasir qaydada seçilməsi Mühazirənin planı 1.Müasir aparatların təyini 2.Aparatlar və alətlərlə seçilmə Detalların yararlığı onların ddüzgün rejimdə işləməsidir. Əks hallarda onların sürtünmə və yeyilmədən səthlərdə temperatur rejiminin dəyişməsi sıradan çıxma hallarını özündə əks etdirir. İş rejiminin şəraitindən asılı olaraq onların sıradan çıxma halları daha çox əmələ gəlir. Bununla maşınların təmir və bərpa texnologiyasında səthlərdə baş verən proseslər onların qısa müddətdə sıradan çıxmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, silindrik detalların bərpasında əsasən onların səthlərində baş verən sürtünmə və yeyilmədir ki, eyni zamanda ağır yükləmədən həndəsi formalarda dəyişikliklər əmələ gəlir. Bərpanın üsulları sıradan çıxmış detalların yoxlanmasından sonra seçilir.
Əsas nöqsandan təyin edildikdən sonra detalın səthlərindəki qüsurların bərpa üsulları seçilir. Yeyilməyə gəldikdə onun növlərini, yaranma səbəblərini və əsas ölçüləri təyin edilməklə bərpa texnologiyası işlənib hazırlanır.
Bunları nəzərə alaraq neft-mədən avadanlıqlarının ağır şəraitdə işlənməsi ilə əlaqədar olaraq, bərpa texnologiyasının əsas muasir üsulları seçilərək, onun texnoloji rejimləri və avadanlıqları seçilir.
Hal-hazırda, daha muasir olan bərpa texnologiyaları, plazma ilə üstəritmə lazer şuası ilə üstəritmə, maqnit impuls üsulu ilə təbəqənin olunmasıdır. Müstəvi səthlərə gəldikdə, onlarda baş verən detalların qüsurları və sıradan çıxma halları qeyri-bərabər yeyilmə, kələ-kötürlü səthlərin yaranması və kimyəvi proseslərdən korroziya və birləşmələrin yaranmasıdır. Belə səthlər üçün sadə bərpa üsullarının seçmilməsi məqsədə uyğun hesab edilib, tətbiq edilməsidir.
Bunları nəzərə alaraq detalların bərpası üçün texnologiyasının işlənməsi ən vacib məsələlərdən biri olub, onun tətbiqi etirbalığı və uzunömürlüyü tam təmin edilir.
Qurğunun və ya avadanlığın təmir və bərpa sahəsinə etdikdən sonra onların xarici təmizləmə və yuyulma prosesləri aparılır. Avadanlığın təmizləmə, yuyulmadan sonra tam sökülmə əməliyyatları aparılır. Sökülmüş ayrı-ayrı detalların tam təmizlənməsi yerinə yetirilir.
Detalların səthlərində çirklənmə, yağlı hissəciklərin, müxtəlif boyaların və korroziyanın, ərpin qalıqlarını təmizləmək tələb olunur. Təmizləmə texnologiyası, detalların həndəsi ölçüləri ilə yanaşı, onların çirklənmə dərəcəsindən asılı olaraq onun təşkili həyata keçirilir.
Təmizləmə və yuyulma prosesləri detallarda olan çirklənmənin dərəcəsində asılı olaraq xüsusi alətlər və aparatlardan istifadə edilərək tətbiq edilir.
Bu prosesləri yerinə yetirmək üçün əsasən müxtəlif tərkibli kimyəvi birləşmələrin toz və ya məhlullarından istifadə edilir. Əsasən ağır şəraitdə işlənmiş neft-mədən avadanlıqlarının detalları üçün qələvili turşulu və kaustik sodalardan istifadə edilir.
Bu kimyəvi birləşmələrin məhlulları ilə çöküntülərin, ərplərin, korroziyanın, xırda bərk gilli, qumlu və daş hissəcikləri tam təmizləmək mümükündür.
Bu prosesləri həyata keçirmək üçün, xüsusi aparatlardan markalar seçilərək, onların bütün parametrlərini təyin edib, xüsusi rejimlə detalların təmizlənməsini tam yerinə yetirirlər.
Təmizlənmə və yuyulma dərəcəsindən asılı olaraq ən çox tətbiq edilən müasir aparatlardan МЛ-51, Labolid-101, MC-6, MC-8, TEMП-100, TEMП-101 istifadə edilir. Bu aparatlarla 15 – 25 dəqiqə müddətində detalın səthlərində olan kimyəvi çöküntüləri tam təmizləyərək yox edir.
Aşağıdakı cədvəl 2.1-də təmizləmə və yuyulma üçün aparatların texniki xarakteristikaları göstərilmişdir.
Təmizləyici və yuyucu aparatların xarakteristikası Cədvəl 2.1.
Keyfiyyətli yuyulma və təmizləmə proseslərini həyata keçirmək üçün yoxlama və sınaqdan keçmə əməliyyatlarını da yerinə yetirirlər. Komplekslərin içərisində, yuyulmanın, xarakteri, növləri, texnoloji rejimlərin təyini və istifadə olunan detalların xarakteristikası təyin edilir. Bununla yanaşı, detalın özünün fiziki-mexaniki xassələrini bilərək, onların istismar şəraitini də təyin etmək tələb olunur. Bunları bilərək, onların hansı dərəcədə aparılması da vacib şərtlərdən biridir. Buna görə də burada seçim olması da qarşıya qoyulan bir vacib məsələdir.
Yüksək temperatur və təzyiq altında işləyən detaların çox miqdarda qusurları olduğundan onların yuyulma və tənzimlənmə proseslərinə daha çox dəqiqliklə yanaşmaq tələb olunur.
Axır vaxtlar ultrasəs, titrəmə, kimyəvi, termiki təmizləmə və yuyulma proseslərindən istifadə edilir. Bu hallarda detalların səthləri kompleks təmizlənməsi üçün aşağıdakı duzların məhlullarından istifadə edilir. 60 – 65 % NaOH, 30 – 35 % natrium azot birləşməsi, 5 – 10 % NaCl2 tərkibi ilə məhlul hazırlanır. Bunları yüksək temperatur 400 - 500S arasında 15 – 20 dəqiqə müddətində aparırlar.
Korroziyalı mühitdə elektro-kimyəvi yuylma ilə qalvanik vannalarla 80 - 100S qədər temperatura rejim yerinə yetirilir. Seçilən detallar üçün ağır şəraitdə istismar başa çatdığından, onları müasir tipli aparatlardan istifadə edərək, xüsusi hazırlanmış kompleks kimyəvi elementlərin birləşmələrindən məhlul hazırlayırlar. Bu prosesləri silindrik və müstəvi detallar üçün ayrıca olaraq avadanlıqlar və texniki şərtləri təyin edib istifadə edirlər. Bu detallar yuyulduqdan sonra, yenidən yoxlama və nəzarət sisteminə göndərilir. Burada detalların bütün ölçüləri və parametrləri yenidən yoxlanılıb, təhvil verilir. Bəzi hallarda onları yenidən yuylma və təmizlənmə prosesinə