Mühazirə-1 Plan Giriş. Sürtünmə və yeyilmə Əsas anlayışlar və istiqamətlər s ü rt ü nm ə V



Yüklə 0,94 Mb.
səhifə18/20
tarix07.01.2024
ölçüsü0,94 Mb.
#211615
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
C fakepathtribomex-22(1)

Mühazirə -19
Avadanlıqların yeyilməsində keyfiyyətin təmini
Mühazirənin planı
1.Avadanligın etibarlıgı
2.Keyfiyyətin təmin olunması
Avadanlığın etibarlılığının aşağı olması, adətən, istismar xərclərinin və nasazlıqlardan dayanmalar vaxtının artmasına gətirir. Bunlardan əlavə, etibarlılıq kifayət qədər olmadıqda qəbul edilmiş texnoloji proseslərin pozulması nəticəsində düyün və hissələrin nasazlıqdan ani dayanmasından ağır qəzalar baş verir və bunları da aradan qaldırmaq üçün çox böyük vəsaitlər sərf etmək lazımdır. Lakin etibarlılığın artırılması avadanlığın mürəkkəbləşməsi və qiymətinin yüksəldilməsi ilə bağlıdır. Bu səbəbdən də avadanlığın layihələndirilməsi, hazırlanması və istismarının minimal qiyməti kriteriyasından asılı olaraq hər-hansı optimal etibarlı avadanlığın layihə edilməsi və hazırlanması əlavə vəsaitin sərf edilməsini tələb edir. Lakin etibarlılıq artdıqca nasazlıqdan dayanmaların sayı, məcburi dayanma vaxtı, tələb olunan ehtiyat hissələrinin miqdarı azalır, bunlar da öz növbəsində avadanlığın istismar xərclərini azaldırlar. Bu zaman etibarlılıq üçün elə bir optimal qiymət tapmaq lazımdır ki, layihə etmə, hazırlama və istismar xərclərinin qiyməti minimal alınsın. Etibarlılığın belə optimal qiyməti etibarlılıq norması adlanır.
Etibarlılığın artırılması üç etapda icra edilə bilər - layihələndirmə, istehsal və istismar müddətində. Avadanlığın etibarlılığının əsas artırma üsulları: rezervləşdirmə, nasazlıqdan dayanmalar intensivliyinin kiçildilməsi, arasıkəsilməyən iş vaxtının qısaldılması və orta bərpa olunma vaxtının azaldılması.
Rezervləşdirmə vasitəsilə avadanlığın etibarlılığının artırılması onun bəzi göstəricilərinin pisləşməsinə gətirir: kütləsi, əndazə ölçüləri, qiyməti, xidmət şərtləri (yoxlamaların tezliyi, ehtiyat düyün və hissələrinin miqdarı artır). Göstərilən səbəblərə əsasən qazıma, neft-qaz mədən avadanlığının layihələndirilməsində bu üsulun məhdudlaşdırılması məsləhət görülür.
Nasazlıqdan dayanma intensivliyinin azaldılması bir sıra kompleks tədbirlərin görülməsi ilə əldə edilir: avadanlığın keyfiyyətinin yüksəldilməsi və ilk növbədə uzunömürlüyünün artırılması.
Qazıma və neft-qaz mədən avadanlığının uzunömürlükləri ilk növbədə onların əsas düyün və hissələrinin uzunömürlüklərindən asılıdır. Uzunömürlüyün artırılma məsələsi üç istiqamətdə həll edilməlidir: 1) konstruktiv-layihələndirmə mərhələsində; 2) texnoloji-hazırlanma mərhələsində; 3) istismar tədbirləri - avadanlığın istifadə edilmə, texniki xidmət və təmiri prosesində.
Avadanlığın layihələndirilməsi prosesində maşının rasional konstruksiyasının əsas məsələləri həll edilir - kinematik sxemin sadələşdirilməsi, materialların düzgün seçilməsi, əsas hissələrin və yığım düyünlərinin bərabər möhkəmliyinin təmini, maşınların bütövlükdə iqtisadi cəhətdən əlverişliyini və effektivliyini təmin etmək.
Avadanlığın hazırlanma prosesində müxtəlif texnoloji faktorlar hissələrin və bütövlükdə maşının uzunömürlüyünə ciddi təsir göstərirlər. Pəstahın seçilməsi, hissələrin işlək səthlərinin emalı və möhkəmləndirilmə üsulları və eləcə də yığma və quraşdırmanın keyfiyyəti qovşağın uzunömürlüyünü və etibarlılı


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin